Rusiya İsrailin hava hücumlarını dəf etmək üçün İrana kömək etməyəcək
Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
Rusiya lideri Vladimir Putin İsrailin hava hücumlarını dəf etmək üçün İrana kömək etmək istəmədiyini açıqlayıb. Bu barədə Rusiya prezidentinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda keçirdiyi mətbuat konfransında deyib. Kreml rəhbəri qeyd edib ki, Rusiya vaxtilə “iranlı dostlarına hava hücumundan müdafiə sistemləri üzərində işləməyi” təklif edib. Lakin o zaman “tərəfdaşlar çox da maraq göstərmirdilər”.
"Strateji tərəfdaşlıq sazişinə gəlincə, burada müdafiə sektoru ilə bağlı heç bir maddə yoxdur. İranlı dostlarımız isə bunu tələb etmir. Ona görə də praktiki olaraq müzakirə ediləcək heç nə yoxdur", - Putin bildirib.
O, həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin daha əvvəl İrana tədarük edildiyini təsdiqləyib.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 19 İyun 2025 08:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















