Icma.az
close
up
RU
Rusiya keçmiş sovet respublikaları üzərində nəzarəti itirməkdən qorxur FT

Rusiya keçmiş sovet respublikaları üzərində nəzarəti itirməkdən qorxur FT

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya hökumətinin 2024-cü ilin aprelində təqdim edilmiş daxili hesabatı Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin bəzi yaxın müttəfiqləri ilə əlaqələrinə necə zərər vurduğunu ortaya qoyub.  

Qaynarinfo xəbər verir ki, Financial Times (FT) nəşrinin yazdığına görə, hesabatda Qərbin sanksiya təzyiqinin Kreml və onun yaxın ticarət tərəfdaşları arasında parçalanmaya səbəb olduğu etiraf edilir. Hesabatda qeyd olunur ki, Moskvanın ambisiyası dünya ticarətinə çıxışı bərpa etmək və Rusiyanı ABŞ, Aİ və Çinin iqtisadi təsir dairələri ilə rəqabət aparacaq Avrasiya ticarət blokunun mərkəzinə çevirməkdir.  

Rusiya hakimiyyəti bu "makroregion"u uzunmüddətli mühüm layihə kimi yaratmağı hədəfləyir. Hesabatda vurğulanır ki, bu layihə Ukraynanın gələcəyi ilə bağlı Qərblə aparılacaq istənilən danışıqlardan daha uzunömürlü olacaq və Rusiyanın "qlobal arenada" mövqeyini gücləndirməyə kömək edəcək.  

"Yeni blok Rusiyanı qlobal cənubla birləşdirəcək, hər iki tərəfə xammal əldə etməyə imkan verəcək, maliyyə və nəqliyyat əlaqələrini inkişaf etdirəcək və onları ümumi 'dünya baxışı' ətrafında birləşdirəcək [...], burada biz yeni dünyanın qaydalarını yazırıq və öz sanksiya siyasətimiz var", – hesabatda deyilir.  

Hesabatda həmçinin vurğulanır ki, Qərb ölkələri Orta Asiya dövlətlərini sanksiyalara əməl etməyə məcbur etmək üçün "kökə və kötək" yanaşması ilə onlara təzyiq göstərməkdə uğurlu olub. Eyni zamanda, Rusiyanın müttəfiqləri sanksiyalardan faydalanaraq Rusiya biznesini öz yurisdiksiyalarından sıxışdırıb çıxarıblar.  

Hesabatda etiraf olunur ki, Rusiya Orta Asiya ölkələrini öz orbitində saxlamaq üçün "uzunmüddətli oyun oynamaq" məcburiyyətində qalacaq. Sənəddə vurğulanır ki, Rusiyanın Ukrayna müharibəsində qələbəsi belə, Qərbin sanksiya təzyiqini dayandırmaq üçün yetərli olmayacaq. "Rusiya ilə yaxın əlaqələr çətinlik mənbəyi olacaq", – hesabatda qeyd edilir.  

Bu səbəbdən sənəddə bildirilir ki, dövlətlər Rusiyaya münasibətdə öz mövqelərini müəyyənləşdirməli olacaqlar.  

Nəşrin yazdığına görə, regionun ən böyük iqtisadiyyatına sahib olan Qazaxıstan Rusiya-Ukrayna müharibəsini pisləyib, Ukraynanın işğal olunmuş ərazilərinin anneksiyasını tanımaqdan imtina edib və Qərb sanksiyalarına riayət etdiyini nümayiş etdirməyə çalışıb. Lakin qonşu Qırğızıstan qəti şəkildə Rusiyanın tərəfini tutaraq Qərb sanksiyalarından yayınma yollarında mühüm tranzit nöqtəsinə çevrilib.  

Hesabatda Belarus Rusiyanın ən uğurlu birləşdirmə nümunəsi kimi qeyd olunur.  

Hazırda Ukraynaya qarşı müharibə səbəbindən Rusiya iqtisadiyyatı ağır vəziyyətə düşüb. Putin Rusiya iqtisadiyyatı ilə bağlı getdikcə daha çox narahat olur, rusiyalı iş adamları isə müharibənin danışıqlar yolu ilə həll edilməli olduğunu düşünürlər.  

Fevralın 5-də Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, Rusiya iqtisadiyyatı dağılmaq üzrədir. Onun sözlərinə görə, Qərb sanksiyaları daha da gücləndirməli və Ukraynaya sülh sazişi üçün ən yaxşı mövqeni təmin etməlidir.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri