İran ABŞ də keçiriləcək 2026 cı il dünya çempionatının püşkatma mərasimini boykot etdi
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
İran Futbol Federasiyası dekabrın 5-də Vaşinqtonda keçiriləcək 2026-cı il Dünya Çempionatının püşkatma mərasimini boykot etmək qərarına gəlib.
Yeniavaz.com “Al Arabiya” telekanalına istinadla xəbər verir ki, buna səbəb ABŞ-nin İran nümayəndə heyətinin bir neçə üzvünə viza verməməsi ilə bağlı olub.
“Biz FİFA-ya məlumat vermişik ki, qəbul edilən qərarların idmana heç bir aidiyyəti yoxdur və İran nümayəndə heyətinin üzvləri Dünya Çempionatının püşkatma mərasimində iştirak etməyəcək”, - federasiya nümayəndəsi bildirib.
Qeyd olunub ki, İran millisinin baş məşqçisi Əmir Qalenoyi də daxil olmaqla, nümayəndə heyətinin yalnız dörd üzvü viza alıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:Tramp 2026 cı il dünya çempionatının püşkatma tarixini açıqlayıb
22 Avqust 2025 21:37
2026 cı ildə keçiriləcək dünya çempionatının püşkatma mərasiminin vaxtı bəlli oldu
30 İyul 2025 13:10
Klublararsı dünya çempionatının püşkatma mərasimi keçiriləcək
05 Dekabr 2024 12:52
FİFA 2026 cı il Dünya Çempionatının final mərhələsinin püşkatma səbətlərinin tərkibini açıqladı
26 Noyabr 2025 11:02
Klublararası dünya çempionatının püşkatma mərasimi keçiriləcək YENİLƏNİR
05 Dekabr 2024 13:59
Baxış sayı:53
Bu xəbər 28 Noyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















