ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub
Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
2025-ci ildə ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) kredit portfeli (müştərilərə verilmiş kreditlər) əhəmiyyətli artım nümayiş etdirib.
Marja.az xəbər verir ki, 2025-ci ilin sonuna müştərilərə verilmiş kreditlərin həcmi 7 milyard 79 milyon 984 min manata çatıb. 2024-cü ilin sonunda kredit portfeli 6 milyard 350 milyon 801 min manat idi. Beləliklə, portfel 729 milyon 183 min manat və ya 11,5% artıb. Bu, bankın real sektorun və əhalinin kreditləşdirilməsində aktiv mövqeyini qoruduğunu göstərir.

İstehlak kreditləri bir il ərzində 1 milyard 798 milyon 708 min manatdan 1 milyard 984 milyon 240 min manata çatıb ki, bu da 185 milyon 532 min manat və ya təxminən 10,3 faiz artım deməkdir.
Biznes kreditləri üzrə artım daha sürətli olub. Bu istiqamətdə portfel 3 milyard 109 milyon 246 min manatdan 3 milyard 544 milyon 993 min manata yüksəlib. Nəticədə 435 milyon 747 min manat və ya təxminən 14 faiz artım qeydə alınıb.
Daşınmaz əmlak (ipoteka) kreditləri 2024-cü ildə 1 milyard 442 milyon 847 min manat, 2025-ci ildə isə 1 milyard 550 milyon 750 min manat təşkil edib. Bu, 107 milyon 903 min manat və ya təxminən 7,5 faiz artım deməkdir.
Ümumilikdə faizlə müqayisə göstərir ki, 2025-ci ildə ABB kredit portfelini ən çox biznes və istehlak kreditləri hesabına genişləndirib və bu dinamika bankın sistem əhəmiyyətli bank kimi real sektorun və əhalinin maliyyələşdirilməsində rolunu daha da gücləndirdiyini təsdiqləyir.
Həmçinin oxu ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Yanvar 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















