Icma.az
close
up
RU
RUSİYA KƏŞFİYYATININ İRƏVAN XƏBƏRDARLIĞI “Paşinyan da, Putin də erməniləri yaxşı tanıyır...” AzPolitika onlayn siyasiictimai qəzet

RUSİYA KƏŞFİYYATININ İRƏVAN XƏBƏRDARLIĞI “Paşinyan da, Putin də erməniləri yaxşı tanıyır...” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Rusiya bu yolu kəssə ermənilərin Paşinyana qarşı üsyanı qaçılmaz ola bilər...”

“Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsinə ilyarım vaxt qalır. Əlbəttə, əgər növbədənkənar seçkilərin keçirilməsi zərurəti qaçılmaz olmayacaqsa... Hər iki varianta yalnız Ermənistanın deyil, Qərbin də, Rusiyanın da indidən ciddi şəkildə hazırlaşıdığı barədə məlumatlar yayılmağa başlayıb. Rusiya Kəşfiyyat Xidmətinin yaydığı məlumatdan bunu aydın görmək olar”.

“AzPolitika” xəbər verir ki, bunu təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Ermənistanda mövcud durumu şərh edərkən bildirib.

“Rusiya kəşfiyyatının məlumatına görə, Vaşinqton Ermənistandakı hakimiyyəti “kifayət qədər etibarlı” hesab etmir və onu Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika adına”, Tiqran Xzmalyanın “Avropa Ermənistan Partiyası” və Levon Şirinyanın “Xristian Demokrat Partiyası” partiyalarının əhəmiyyətini artırmaqla gücləndirməyi planlaşdırır”, - ekspert xatırladır.

İ.İsmayıl xatırladır ki, adları çəkilən partiyalar və liderləri Ermənistan cəmiyyətində ciddi nüfuza və reytinqə malik deyillər, elektorat bazaları da çox aşağıdır. Onun sözlərinə görə, hətta, bu partiyaların birləşib içərilərindən birinin namizədliyini verməsi də uğur gətirməz.

“Bu mənada onların birləşib Paşinyana və ya onun komandasının populyar üzvlərindən birinə dəstək verməsi daha real nəticə verə bilər. Görünür, Ermənistandakı vəziyyəti dəyərləndirərkən Birləşmiş Ştatlar bu partiyaların “gücləndirilməsi” istiqamətində hərəkətə keçib və bu da Rusiya kəşfiyyatının diqqətindən qaçmayıb”, - o, əlavə edib.

Qərb Paşinyana etibar etmir, yoxsa bu siyasəti yürütməklə Rusiyanın Paşinyana olan təzyiqlərinin hakimiyyət çevrilişi ilə nəticələnməməsi üçün onu hədəfdən yayındırır?

Ekspert sualı belə cabalandırır: “Qərb bilir ki, Qarabağ məğlubiyyətindən sonra Paşinyan hakimiyyətini nə qədər qorusa da, cəmiyyətin əksəriyyəti onu məğlub olmuş rəhbər kimi qəbul edir. Bu günədək hakimiyyətdə qala bilməsi, ona müxalif olan keçmiş prezidentlərə xalqın böyük nifrətindən qaynaqlanır. Ona görə də, Rusiyanın əsas dayaq qüvvələri olan Koçaryan və Sarkisyanın hakimiyyət uğrunda apardıqları mübarizələr iflasa uğrayıb. Rusiyanın təzyiqini azaltmaq və ya neytrallaşdırmaq üçün Paşinyan da ABŞ ilə razılaşdırılmış manevrlər edə bilərmi? Mümkündür. Qarşıdakı müddətdə Paşinyanın Rusiya ilə yaxınlıq görüntüləri nümayiş etdirməsinin şahidi ola bilərik. Təbii, bu fundamental yaxınlaşmalar olmayacaq, sadəcə Rusiya ilə bu ərəfədə gərginlik Paşinyana baha başa gələ bildiyindən situativ manevrlər edə bilər. Üstəlik, Paşinyan öz millətinin “zəif bəndini” yaxşı bilir, elə Rusiya da”.

İlham İsmayıl xatırladır ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın məqsədinin “Ermənistanı tamamilə tabe etmək” olduğunu deyib:“Eyni zamanda, Rusiya kəşfiyyatı hesab edir ki, Dövlət Departamenti unudur ki, “pul hesablamağı bilən” ermənilər son nəticədə onları təhdid edən zərəri dərk edəcəklər və ənənəvi regional əlaqələrin kəsilməsini qəbul etməyəcəklər. “Pul hesablamağı bilən”, yəni puldan ötrü, şəxsi mənafeləri naminə kasıb vətənlərini tərk edib dünyanın dörd bir tərəfinə, xüsusilə Rusiyaya səpələnən bu milləti Paşinyan da, Putin də yaxşı tanıyır. Bu sətirlər yazılarkən Lars yolunda Ermənistana məxsus 600 yük maşınının hava şəraiti ilə əlaqədar dayandığı barədə erməni mediasında xəbər yayılmışdı. Sabah hava yox, Rusiya bu yolu kəssə ermənilərin Paşinyana qarşı üsyanı qaçılmaz ola bilər. Ona görə də, Rusiyanı qıcıqlandıracaq hərəkətlərə yol verməmək üçün Paşinyan bu ərəfədə maksimum korrektli davaranarsa, bunu Qərbdən üz döndərmək kimi yox, ehtiyatlı manevr kimi qiymətləndirmək olar”.

Təhlilçi bildirir ki, həm rusiyalı, eyni zamanda bizim də bəzi siyasi təhlilçilər Gürcüstanda Qərbin uğursuzluğu ilə Ermənistandakı mümkün perspektivi müqayisə edirlər, Ermənistanın Qərb yolundan dönəcəyini və ya Ermənistanda Paşinyan hakimiyyətini əvəzləyəcək yeni Qərb yönümlü siyasi düşərgənin formalaşdıracağını vurğulayırlar: “Şərhlərin tonundan da hiss olunur ki, müəlliflər belə bir perspektivə sevinclərini gizlətmirlər. Rusiya yönümlü müxalifətin və ya onlara loyal yanaşan sözdə qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsi nə dərəcədə Azərbaycanın maraqlarına uyğundur ki, bəzi şərhçilərimiz proseslərə təqdiredici aspektdən yanaşırlar? Ermənistanın İvanişvilisi hələ ki, yoxdur.Vardanyanın simasında belə bir “milli qəhrəman” yetişdirmək istəyən Rusiyanın planları suya düşdü. İndi kimə “stavka” edə bilər Kreml? Parlaq, xarizmatik müxalif lider yoxdur. Qatil Koçaryanın oğlu Levon Koçaryanı deputatlığa yerləşdirməklə ondan lider düzəltmək istəyirlər, amma bu, quyuya su tökmək effektindən o yana olmadı. Keşişdən də bir şey çıxmadı”.

Ekspert vurğulayır ki, Rusiya kəşfiyyatının bu xəbəri yaymaqda məqsədi Paşinyan hakimiyyəti ilə ABŞ arasında nifaq salmaq, inamsızlıq, etimadsızlıq yaratmaqdır.

“İstinad etdiyi qüvvələrin zəifliyini nəzərə alıb mövcud hakimiyyəti özünə tərəf çəkmək məqsədi güdür. Qərb də, Paşinyan da bu gedişin əsl məqsədinin fərqindədirlər”, - o, əlavə edib.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Noyabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see288

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see213

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see206

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see135

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see135

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see134

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see133

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see131

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see131

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see127

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see125

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see125

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see124

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri