Rusiya KİVləri təyyarənin vurulması haqda bu məlumatı tirajlamağa başladı
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya KİV-ləri Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin bəyanatını geniş şəkildə yayımlayır. O, Aktau hava limanının Azərbaycan təyyarəsinin qəzaya uğramasından əvvəl bortda oksigen balonunun partlaması və bunun nəticəsində sərnişinlərin huşunu itirməsi barədə məlumat aldığını bildirib.
Globalinfo.az xəbər verir ki, bunu Elçin Alıoğlu qeyd edib.
O bildirib ki, bəlkə də Karabayev haqlıdır və rəsmilər hadisənin xronologiyasını doğru təqdim edirlər:
“Lakin Rusiya mediasının məqsədi açıq-aşkardır: quşlarla toqquşma versiyasının iflasa uğramasından sonra diqqəti balon məsələsinə yönəltmək və bununla da əsas faktı – Azərbaycan təyyarəsinin Rusiya raketi ilə vurulduğunu ört-basdır etmək cəhdləri göstərmək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 27 Dekabr 2024 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















