Icma.az
close
up
RU
Təyyarənin vurulması versiyası güclənir

Təyyarənin vurulması versiyası güclənir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Beynəlxalq və yerli KİV Rusiyanın HHM sistemini “işarə edir”...

Dekabrın 15-də Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı mühüm xəbərlər yayılmaqdadır. Artıq bir sıra KİV orqanları, müstəqil teleqram kanalları, o cümlədən sosial şəbəkələr məsələ ilə bağlı bir sıra versiyalar irəli sürür, yeniliklərlə bağlı məlumatlar verirlər. Qeyd edək ki, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev AZAL-a məxsus təyyarənin qəzaya uğramasının təfərrüatı haqqında danışarkən bildirib ki, hava limanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Ekipaj Qazaxıstanın hava məkanına daxil olduqdan sonra Aktau şəhərinin qüllə dispetçeri ilə əlaqə yaradıb. Dispetçer təyyarənin aerodroma enməsi üçün bütün lazımi tədbirləri operativ şəkildə həyata keçirib. Bundan əlavə, uçuş-eniş zolağı ilə vizual əlaqənin qurulmasını asanlaşdırmaq üçün zolağın işıqları yandırılıb. Onun sözlərinə görə, ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına daxil olmağa iki dəfə cəhd edib və bu zaman təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə olunub. Nazir təyyarənin sahil xəttinə doğru yönəldiyini bildirib. “Saat 11:28-də ekipajla əlaqə itib və təyyarə yerə çırpılıb. Aktau hava limanının xilasetmə xidməti dərhal hadisə yerinə gəlib və sərnişinlərin təxliyəsinə başlayıb. Bu gün Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyatda İnsidentlərin və Hadisələrin Araşdırılması Departamentinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən araşdırma aparılır”, - Karabayev əlavə edib. O bildirib ki, Qazaxıstan Respublikasının hava məkanına daxil olmamışdan əvvəl təyyarənin idarəetmə sistemləri, hündürlük şturvalı və elektronları sıradan çıxıb. Nazirin sözlərinə görə, ekipaj sabit kursu və yüksəkliyi saxlaya bilməyib. “Rostov aviadispetçerinin bildirdiyinə görə, Mahaçqala və Bakıda hava məlumatlarını təqdim etdikdən sonra ekipaj Aktauya uçmaq qərarına gəlib. Saat 10:53-də Rostov hava limanının uçuş direktoru Aktau qülləsində uçuş direktoruna oksigen balonunun olması ilə bağlı əlavə məlumat verib. Təyyarənin sərnişin salonunda partlayış baş verib, sərnişinlər huşlarını itiriblər”, - nazir izah edib.

“Pantsir-S” ilə hədəf alınıb...

“Caliber.az” isə Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsinin Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qaldığını yazıb. Qeyd olunub ki, Rusiya tərəfindən elektron sistemlərdə məhdudiyyətlərin tətbiq edilməsi təyyarənin rabitə sistemini iflic edib. “Caliber.az”ın etibarlı hökumət mənbələrindən əldə etdiyi məlumata görə, ilkin istintaq nəticələrinə əsasən, Bakı-Qroznı reysi üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Pantsir-S” ilə hədəfə alınıb. Həmçinin, Rusiya tərəfinin Radioelektron Mübarizə (REB) sistemlərindən istifadəsi nəticəsində təyyarənin tamamilə rabitəsiz qaldığı bildirilib. Bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib, yalnız Xəzər dənizi üzərində siqnal bərpa edilib.

Məlumata görə, hadisə zamanı Çeçenistan üzərində olan Rusiya HHM sistemləri Ukrayna pilotsuz uçuş aparatlarını (PUA) vurmağa çalışıb. Çeçenistanın Təhlükəsizlik Şurasının rəhbəri Xamzat Kadırovun verdiyi açıqlamada, 25 dekabr səhəri Qroznı şəhərinə PUA hücumu olduğu təsdiqlənib, lakin hadisə nəticəsində xəsarət alanların və dağıntıların olmadığı bildirilib. Hətta bu baş versəydi belə, Rusiya özünün hava məkanını mülki aviasiya üçün bağlamalı idi - bu baş vermədiyi halda, Qroznı Hava Limanı təyyarəyə eniş icazəsi verməyib. Paralel olaraq Mahaçqala və Mineralnıye Vodı hava limanlarından da təyyarənin eniş üçün icazə almadığı qeyd edilir. REB və HHM sistemlərinin təsiri ilə çaşqın vəziyyətə düşən Azərbaycan təyyarəsinin ekipajı Aktau şəhərinə yönləndirilib. Mənbələrin ehtimallarına görə, təyyarənin Xəzər dənizində qəzaya uğraması üçün bu qərar verilə bilərdi. Bu isə təyyarədəki şahidlərin həyatını itirəcəyi və sübutların yox olacağı mənasına gəlirdi.

“Caliber.az” bildirib ki, Rusiya mətbuatında yayılan alternativ versiyalar həqiqəti əks etdirmir - təyyarənin içərisində çəkilən videolarda iki sərnişinin qəlpə yarası aldığı açıq-aşkar görünür. Şahid ifadələri və təyyarənin xaricində eşidilən partlayış səsləri HHM sisteminin işə düşdüyünü göstərir.

“Reuters” agentliyi, “The Telegraph” qəzeti təsdiqləyir...

Baş vermiş hadisə ilə bağlı qlobal informasiya məkanının bir çox tanınmış agentlikləri və analitikləri də öz fikirlərini bölüşüblər - demək olar ki, bütün versiyalar bu və ya digər şəkildə təyyarəyə hücum məsələsinin üzərində fokuslanır. Məsələn, “Reuters” agentliyi bildirib ki, Azərbaycandakı istintaq prosesində iştirak edən 4 rəsmi şəxs təyyarənin Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulduğunu təsdiqləyib.

“The Telegraph” qəzeti isə yazır ki, Böyük Britaniyada yerləşən aviasiya təhlükəsizliyi firması və bir sıra ekspertlər də təyyarənin böyük ehtimalla Rusiyanın hərbi hava müdafiə sistemləri tərəfindən vurulduğu versiyasını dəstəkləyir.  Qəzet Embraer 190 tipli təyyarənin marşrutundan kənarlaşmasını və istiqamətini dəyişməsini GPS siqnallarının Rusiyanın elektron müdafiə sistemləri tərəfindən bloklanması ilə bağlayır. Bu isə nəticədə, təyyarənin Qroznı əvəzinə, Aktau istiqamətinə yönəlməsi ilə nəticələnib. “The Telegraph” və digər ekspertlər hadisənin ciddi şəkildə araşdırmaya ehtiyac duyduğunu önə çəkiblər.

Rusiya teleqram kanalları da təsdiqləyir...

“Online Vladikavkaz” teleqram kanalının məlumatı isə “Caliber.az”ın təyyarənin Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Pantsir-S” ilə hədəf alınması haqqındakı məlumatını dəstəkləyir. Belə ki, teleqram kanalında bildirilib ki, “Pantsir-1C” HHM-nin yuxarı pilləsi Vladiqafqaz istiqamətində düşüb. Bəzi məlumatlara görə, eyni yuxarı pillə Qroznının Şalinski rayonunda qəzaya uğrayıb - bu barədə isə Rusiyanın sosial şəbəkələrində məlumatlar yayılıb. Sonradan isə Azərbaycan şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bu xəbərlər silinib. Kanal vurğulayıb ki, qəzaya uğrayan təyyarə də məhz bu HHM ilə vurulub.

“Pantsir-S” hədəfi necə, hansı şəraitdə və hansı üsullarla “zərərsizləşdirir”...

Qeyd edək ki, “Pantsir-S” hava hücumundan müdafiə sistemi Rusiyada istehsal edilən və qısa-orta məsafədə hava təhlükələrinə qarşı istifadə edilən çoxfunksiyalı kompleksdir. Bu sistem yüksək dəqiqlik və çoxsaylı hədəfləri eyni anda məhv etmək qabiliyyəti ilə tanınır. Kompleksin istehsalçısı Rusiyanın Tula şəhərində yerləşən KBP Dizayn Bürosudur. Təyinatı isə hərbi obyektlərin, yaşayış məntəqələrinin, sənaye müəssisələrinin, həmçinin digər strateji obyektlərin hava hücumlarından qorunmasıdır. Kompleks sistemi 2 ədəd 30 mm-lik 2A38M avtomat topu (hər biri 700-900 mərmi atış sürətinə malikdir) ilə silahlandırılıb. Yüksək sürətli 12 ədəd 57E6-E tipli raketlərə malikdir. Texniki xüsusiyyətlərinə gəldikdə isə hədəf aşkarlama məsafəsi 36-40 km, məhvetmə məsafəsi (raketlər) 1,2 - 20 km-dir. Toplarla məhvetmə məsafəsi 200 metrdən 4 km-ə qədər çatır. Hədəf yüksəkliyi: 15 metr - 15 km arasında dəyişir, reaksiyaya sərf olunan vaxt isə 4-6 saniyə çəkir. Kompleksin hərəkət qabiliyyəti haqda verilən məlumatda bildirilir ki, təkərli və ya tırtıllı platformalarda quraşdırılır, mobil əməliyyatlar üçün əlverişlidir.

Avadanlığın erkən xəbərdarlıq və izləmə radarları hədəfləri 360 dərəcə nəzarət altına alır, 40-a qədər hədəfi eyni anda izləyə bilir. Hədəfləri arasında isə aviasiya (təyyarələr, helikopterlər), PUA, balistik və qanadlı raketlər, artilleriya mərmiləri və yüksək sürətli hədəflər yer alır. Bu sistemlərin çatışmayan tərəfləri də var - ekspertlər bu haqda danışarkən. Xüsusilə yüksək intensivlikli müasir hücumlar zamanı sistemin bəzi məhdudiyyətlərinin yarandığını bildirirlər. Elektron müharibə avadanlıqları ilə qarşılaşdıqda performansı azala bilər - PUA-lara qarşı bəzi hallarda dəqiqlik çatmır.

Kriminalistik ekspertizanı Qazaxıstan aparacaq...

Qeyd edək ki, Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının təyyarə qəzasının kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcəyi bldirilib. Bu barədə Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib. O deyib ki, Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının kriminalistik ekspertizada iştirakına icazə verilməyəcək, lakin onlar təyyarə qəzasının araşdırılmasında iştirak edə biləcəklər.

Rusiya üzərinə düşən vicdani məsuliyyəti yerinə yetirməlidir...

Vəziyyət yuxarı-aşağı artıq məlumdur. Təyyarənin hansı şəraitdə vurulması, baş verənlərlə bağlı rəsmi məlumat yayılmasa da, bir sıra KİV-lər məsələnin mahiyyəti ilə bağlı ətraflı məlumatlar yayırlar. Bu nöqteyi-nəzərdən təyyarəmizin Rusiya ərazisində raketə tuş gəlməsi və ya onun qalıqları ilə vurulması istisna olunmur. Nə qədər təəssüfləndirici hal olsa da, artıq bu baş verib  - Rusiyanın öhdəliyinə baş verənlərdə günahı olanları aşkarlamaq, onları müvafiq əməllərinə görə məsuliyyətə cəlb etmək və Azərbaycan dövlətindən, xalqından üzr istəmək düşür. Yaxın keçmişdə, cəmisi 4 il öncə 2020-ci ilin 9 noyabr tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulmuşdu. Helikopter aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirmişdi. Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilmişdi- ən əsası isə, bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməmişdi. Məhz helikopterə açılan atəş qeyd olunan amillərdən və bölgədəki gərgin vəziyyətdən, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığından qaynaqlanırdı. Hətta təsadüfi xarakter daşısa da, Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfindən üzrxahlıq etmişdi...

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see268

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see229

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see205

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see189

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see181

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see178

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see168

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see155

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see145

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see144

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see141

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see134

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri