Rusiya Kiyev və Zaporojyeni vurdu: Həlak olanlar var
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Silahlı Qüvvələrinin Zaporojye şəhərinə ardıcıl avizərbələr endirməsi nəticəsində ölənlər və yaralananlar var.
Moderator.az xəbər verir ki, bu barədə "Unian" agentliyi Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorova istinadən məlumat yayıb.
"Beş nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb. Əfsuslar olsun ki, Zaporojyeyə edilən hücum nəticəsində zərərçəkənlərin sayı çoxalır", - deyə açıqlamada qeyd olunur.
Onun sözlərinə görə, Rusiya ordusu sənaye obyektlərini və infrastrukturu hədəfə alıb, qeyri-yaşayış binalarına ziyan dəyib.
"Yaşayış evləri, qeyri-yaşayış tikililəri zədələnib, elektrik enerjisi kəsilib və yanğınlar qeydə alınıb", - deyə o bildirib.
Bundan əlavə, gecə vaxtı Kiyev istiqamətinə də ballistik raketlər atılıb.
Kiyev Şəhər Administrasiyasının məlumatına əsasən, Şevçenko rayonunda anbar sahələrində yanğın başlayıb. Bir nəfərin xəsarət aldığı bildirilir.
Baxış sayı:93
Bu xəbər 11 Avqust 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















