Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov Dövlət Dumasının plenar iclasında Ermənistan baş naziri Nikol Paşinyanın Moskvada qəbul edilməsinin dayandırılmasını tələb edib.
Teleqraf xəbər verir ki, bu açıqlama Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda baş verən prosesləri Ukraynadakı hadisələrlə müqayisə etməsindən sonra verilib.
“Heç vaxt İrəvandan Qırmızı Meydana hücum çağırışlarının eşidiləcəyini düşünməzdim. Sual yaranır: İrəvanda niyə buna icazə verirlər, Moskvada Paşinyanı niyə qəbul edirlər? Təkid edirəm, bu fiqur bir daha paytaxtımızda görünməməlidir”, - Züqanov bildirib.
O qeyd edib ki, Ermənistan Baş naziri Rusiyaya qarşı olduqca alçaldıcı və təhqiramiz sözlər işlədib, 9 May Qələbə Günü ərəfəsində bundan artıq şey təsəvvür etmək çətindir.
Gennadi Züqanov Ukrayna Prezidenti Volodimir Zelenskinin adını çəkməsə də, onun Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitindəki çıxışına işarə edib. Zelenski mayın 4-də Ermənistanın paytaxtında rusların Qırmızı Meydanın üzərində dövrə vuran Ukrayna dronlarından qorxduqlarını söyləmişdi. Həmçinin o, mayın 9-da qələbə paradı zamanı Moskvaya dron hücumunun olacağını bəyan etmişdi. Ukrayna liderinin açıqlamasından sonra Ermənistanın Rusiyadakı səfəri Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 13 May 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















