Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər
Azertag saytına istinadən Icma.az xəbər verir.
Budapeşt, 28 avqust, AZƏRTAC
Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Macarıstanın rəsmi Moskvaya münasibətdə yeni siyasətindən sonra bu ölkəyə neft və qaz tədarükünün dayandırıla biləcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Kolesnik bu barədə “Gazeta.ru”ya açıqlamasında danışıb və enerji tədarükünün gələcəkdə sual altında qala biləcəyini deyib.
Onun sözlərinə görə, Budapeştin Rusiyanı təhlükə kimi qiymətləndirməsindən sonra Moskvanın Macarıstana enerji ixracını davam etdirib-etdirməyəcəyi məsələsi gündəmə gəlib. Deputat Macarıstanın yeni mövqeyinin Brüsselin təzyiqi ilə formalaşdığını iddia edib.
Bu xəbərdarlıq Macarıstan hökumətinin xarici siyasətdə mühüm dəyişiklik elan etməsindən sonra səslənib. Budapeştin BMT Baş Assambleyasının 81-ci sessiyası ərəfəsində hazırladığı sənəddə Rusiyanın hərbi təcavüzü pislənilir, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur. Sənəddə Rusiyanın Macarıstan, Avropa və qlobal nizam üçün təhlükə yaratdığı qeyd edilir.
Bununla belə, Kolesnikin açıqlaması Rusiyanın neft və qaz tədarükünü rəsmi şəkildə dayandırmaq qərarı anlamına gəlmir. Macarıstan Rusiya enerjisindən yüksək dərəcədə asılı olaraq qalır və mümkün tədarük məhdudiyyətləri ölkənin enerji təhlükəsizliyinə ciddi təsir göstərə bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 28 Avqust 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















