Rusiya müharibəni bitirmək istəyinin heç bir əlamətini nümayiş etdirə bilməyib Ukrayna XİN
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna xarici işlər naziri Andrey Sıbiha ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, ukraynalı nazir bu barədə “X”dəki hesabında yazıb.
“Mən nazir Fidana son danışıqların mahiyyəti və gələcək addımlarımız barədə məlumat verdim. Prezidentlər Volodimir Zelenski və Donald Tramp arasında bazar ertəsi keçiriləcək görüş çox əhəmiyyətli olacaq. Biz Ukrayna-ABŞ-Rusiya görüşünün ən qısa zamanda ən yüksək səviyyədə təşkili səylərini dəstəkləyirik. İndiyədək Rusiya müharibəni bitirmək istəyinin heç bir real əlamətini nümayiş etdirə bilməyib. Rusiyalıların hücumları və zərbələri davam edir”, - o bildirib.
Nazir qeyd edib ki, Ukrayna Türkiyənin onun suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi, eləcə də sülh səylərindəki mühüm rolunu yüksək qiymətləndirir: "Müharibə zamanı Türkiyə sülhün əldə edilməsinə yönəlmiş görüşlər üçün mühüm platforma olub".
Qeyd edək ki, bundan əvvəl H.Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Avqust 2025 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















