Icma.az
close
up
RU
Bayramın “səs sədası”: Azərbaycanda ayıltma məntəqələri var?

Bayramın “səs sədası”: Azərbaycanda ayıltma məntəqələri var?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bayram günlərində şənlik və məclislərin çoxluğu səbəbindən insanlar adətən daha çox alkoqollu içki qəbul edir. 

Normadan artıq içki qəbul edildikdə isə şəxsin öz hərəkətlərinə nəzarəti zəifləyir, evə qayıtmaqda çətinlik yaranır. Bu hal həm onun özü, həm də ətrafdakı insanlar üçün təhlükəli vəziyyətə çevrilir. 

"Cebheinfo.az" xəbər verir ki, bəzi ölkələrin təcrübəsində içkili şəxsləri normal vəziyyətə qaytarmaq üçün ayıltma məntəqələri fəaliyyət göstərir. Sovet İttifaqı dövründə bu vəziyyətin qarşısını almaq məqsədilə ayıltma məntəqələri geniş yayılmışdı. Bu məntəqələr sərxoş insanların ictimai asayişi pozmasının qarşısını almaq və onları təhlükəsiz şəkildə ayıltmaq üçün fəaliyyət göstərirdi. Azərbaycanda da belə məntəqələr olub. 

Polis və tibbi personal sərxoş şəxsləri məntəqələrə gətirir, bir neçə saat və ya gecə boyunca saxlayırdı. Məntəqələrin məqsədi yalnız şəxsləri ayıltmaq yox, həm də ictimai təhlükəsizliyi qorumaq idi. SSRİ-də fəaliyyət göstərmiş ayıltma məntəqələri təkcə sərxoşluqla mübarizə vasitəsi deyil, eyni zamanda inzibati nəzarət mexanizmi kimi də istifadə olunurdu. Bunun fərqi ondan ibarət idi ki, yuxarı instansiyalara hesabat vermək məcburiyyəti bəzən yarımsərxoş şəxslərin də qeydiyyata alınmasına gətirib çıxarırdı. Dünyanın digər ölkələrində isə bu sistem mövcud olmayıb. 

Məsələn, ABŞ-də polis yalnız sərxoşluq səbəbi ilə şəxsi saxlaya bilməz. Şəxs yalnız alkoqolun təsiri altında qanun pozuntusu törədərsə, polis onu bölməyə aparır və qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edir. 

Kanadada isə məsələ tam fərqli həll olunur. Burada “Qırmızı Burun” adlı könüllü təşkilat sərxoş şəxsi cəzalandırmaq yox, onu təhlükəsiz şəkildə evinə çatdırmaqla məşğuldur. 

Qərbi Avropada da sərxoşlara qarşı zorakılıq tətbiq edilmir; könüllülər və sosial xidmətlər onları evlərinə aparır və təhlükəsizliklərini təmin edirlər. Tarixi baxımdan isə Rusiyada ilk ayıltma məntəqəsi 7 noyabr 1902-ci ildə yaradılıb və “Sərxoşlar üçün sığınacaq” adlanıb. Müəssisə şəhər xəzinəsinin vəsaiti hesabına saxlanılırdı və əsasən qış aylarında içki qəbul etdikdən sonra küçələrdə qalan insanlara xidmət göstərirdi. 

Burada onlara isti yemək, yatacaq və ilkin tibbi yardım təqdim edilirdi. Sonralar oxşar müəssisələr Arxangelsk şəhərində də fəaliyyətə başladı. SSRİ dövründə isə ilk rəsmi ayıltma məntəqəsi 1931-ci ildə Leninqradda, daha sonra Moskvada açıldı.

İlk dövrlərdə məntəqələr Səhiyyə Komissarlığının tabeliyində fəaliyyət göstərirdi. Onlara xüsusi təyinatlı tibbi avtomobillər ayrılırdı və feldşerlər milislərlə birgə sərxoş şəxsləri məntəqəyə gətirirdilər. 

Gətirilən şəxslər əvvəl soyuq duşa salınır, sonra xüsusi dərman preparatları verilir, tabe olmadıqda isə dəmir çarpayılara bağlanaraq tibbi prosedurlar tətbiq olunurdu. Səhər isə şəxsin məlumatları dəqiqləşdirilir, profilaktik söhbət aparılır və ailəsinə, iş yerinə və ya təhsil müəssisəsinə məktub göndərilirdi. 1940-cı ildə Lavrenti Beriyanın təşəbbüsü ilə ayıltma məntəqələri NKVD-nin tabeliyinə verildi. 

Bu dövrdə müəssisələr tibbi məqsədlə deyil, cəza və qorxu vasitəsi kimi fəaliyyət göstərirdi. Sərxoş şəxslərə qarşı tədbirlər çox sərt idi və qeyri-insani rəftar adi hal almışdı. Leonid İliç Brejnevin hakimiyyəti illərində ayıltma məntəqələri əməkdaşlar üçün gəlir mənbəyinə çevrildi. 

Məktublar vasitəsilə iş yerlərinə və təhsil ocaqlarına göndərilən məlumatlar ciddi cəzalara səbəb ola bilərdi. Bu səbəbdən ayıltma məntəqəsinə düşən şəxslər əməkdaşlara rüşvət verərək işdən azad edilmək, partiya sıralarından çıxmamaq və institutdan qovulmamaq üçün cəzalardan xilas olurdular. Yuri Andropov və Mixail Qorbaçov dövründə isə ayıltma məntəqələri Stalin dövründəki populyarlığını yenidən bərpa etdi, lakin bu uzun sürmədi. 

SSRİ-nin süquta doğru getdiyi illərdə təsərrüfat hesablı ayıltma məntəqələri tədricən fəaliyyətlərini dayandırmağa başladılar. Rusiya Federasiyasının böyük şəhərlərində bir neçə ayıltma məntəqəsi 2011-ci ilə qədər fəaliyyət göstərmişdi, lakin həmin il Rusiya Nazirlər Kabinetinin qərarı ilə bütün ayıltma məntəqələrinin fəaliyyəti rəsmi olaraq dayandırıldı. Müasir dövrdə ayıltma məntəqələrinin rolu ölkələrdən asılı olaraq fərqlidir. 

Çexiyada polis sərxoş şəxsləri “ayıltma məntəqəsi” adlanan məntəqələrə gətirir və bir neçə saat saxlayır. Polşada oxşar müəssisələr “ayıltma otağı" adlanır. Rusiyada sovet dövründə geniş yayılan məntəqələr 2010 cu illərdə bağlanmış, lakin bəzi regionlarda yenidən fəaliyyətə başlayıb. Məqsəd küçədə sərxoş vəziyyətdə qalan insanların təhlükəsizliyini təmin etməkdir. Bəzi ölkələrdə alkoqol qadağan edildiyi üçün belə müəssisələrin yaradılmasına ehtiyac qalmayıb. 

Məsələn, İranda alkoqol istifadəsi əsasən qadağandır və 1979 cu ildə İslam İnqilabından sonra müsəlman vətəndaşların içki içməsi də qanunla qadağan edilib. Bu səbəbdən ölkədə polisin sərxoş şəxsləri “ayıltma məntəqəsi”nə aparması kimi sistem mövcud deyil. Təxminən 2013 cü ildə Tehran şəhərində alkoqol asılılığı ilə mübarizə üçün ilk müalicə/detoks mərkəzi açılıb. Bu tip mərkəzlər daha çox alkoqolizmdən müalicə və davranış dəstəyi üçün nəzərdə tutulur. 

Hazırda Azərbaycanda ayıltma məntəqələri artıq fəaliyyət göstərmir. Sərxoş insanlarla bağlı hallarda polis və tibbi xidmətlər əsas rol oynayır. Tibbi ehtiyac olduqda şəxslər xəstəxanaya və ya toksikologiya şöbəsinə yönləndirilir.Ölkəmizdə belə müəssisənin yaradılması içki düşkünü olan şəxslərin normal həyata tez qaytarılmasına şərait yarada bilər. 

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: içki ayıltma məntəqələri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Yanvar 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri