Icma.az
close
up
RU
Rusiya NATO sərhədinə sirli zeplinlər göndərdi Z hərfi QORXUYA SALDI

Rusiya NATO sərhədinə sirli zeplinlər göndərdi Z hərfi QORXUYA SALDI

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Estoniyada Rusiya ilə əlaqədar narahatlıqlar artır.

Sfera.az bildirir ki, buna səbəb Moskvanın NATO sərhədinə göndərdiyi sirli zeplinlər olub. Belə ki, bunun yeni bir casusluq əməliyyatı və ya hücum hazırlıqlarının bir hissəsi ola biləcəyi düşünülür. Dünya mediasının məlumatına görə, sözügedən proses iyun ayından başlayıb.  NATO ərazisinin ucqarlarında, Estoniyanın üçüncü ən böyük şəhəri Narva yaxınlığında ağ rəngli kosmik gəmiyə bənzər bir təyyarə görünüb. Estoniya səlahiyyətliləri əvvəlcə buna məhəl qoymasalar da, sonradan həyəcan təbili çalınmağa başlanılıb. Buna səbəb isə hazırkı zeplinlərin üzərində Rusiyanın Ukraynanı işğal simvolu olan “Z” hərfidir.

Hadisə Estoniyada qorxu və çaşqınlıq yaratsa da, Şimali Avropa ölkəsinin sərhəd qüvvələrinin baş direktoru Belitsev, “Biz demək olar ki, hər həftə belə şeylər görürük. Rusiya təxribata çəkməyə çalışır. Onlar bizim necə reaksiya verəcəyimizi görmək istəyir” deyib.

Estoniya mediasındakı xəbərlər isə bunun bir növ casusluq əməliyyatı ola biləcəyini göstərir. “Biz hər zaman bu barədə düşünürük. Baş nazirimiz deyib ki, Ukrayna qalib gəlsə, biz təhlükəsizliyə, lakin məğlub olsa, böyük bəlaya düçar olarıq. Bu isə narahatedən vəziyyətdir”, – vətəndaşlardan biri “Telegraph” qəzetinə açıqlamasında deyib. 

Məlumata görə, zeplinlərin göründüyü Narva NATO-nun şərq sərhədində yerləşir və daim Rusiya təhdidləri ilə gündəmdədir. Şəhərdə yaşayan 56 min əhalinin təxminən 96 faizi rus dilində danışır, əhalinin 34 faizi isə Rusiya vətəndaşıdır. Britaniya mətbuatının yazdığına əsasən, Kreml mütəmadi olaraq bu bölgəyə müşahidə şarları göndərir. 

Bu hadisələrdən sonra Estoniya sərhəddə təhlükəsizlik tədbirlərini artırıb. “Telegrahp”ın xəbərinə görə, 2004-cü ildə NATO və Aİ-yə daxil olan Estoniya cəsarətlə Rusiyanın Avropadakı ən güclü rəqiblərindən biri olmaqda davam edir. “Bu ölkə Ukraynanın işğalından sonra hərbi yardım üçün əksər ölkələrdən daha çox pul ayırıb və Kiyevin NATO-ya üzv olmaq cəhdini qürurla dəstəkləyir. Eyni zamanda,  Estoniya avqustun 8-də Narva keçidində gömrük yoxlaması tətbiq edib və may ayında piyadaların keçid saatlarını məhdudlaşdırmaq qərarına gəlib. Bu dəyişiklik Rusiyanın İvanqorod sərhəd-keçid məntəqəsində tikinti işlərini əsas gətirərək fevral ayında sərhəd qapısını nəqliyyat vasitələri üçün bağlamaq qərarına gəldikdən sonra edilib. Təxminən altı ay keçsə də, insanlar Rusiyaya keçmək üçün hələ də 12 saatdan çox qarda növbə çəkirlər. Rusiya isə Estoniyanı milli parad ərəfəsində sərhəd nəzarətini qəsdən ləngitməklə yerli əraziləri növbələrlə doldurmaqda günahlandırır. Ukraynanın dəstəyi və Estoniyanın Narva keçid məntəqəsində məhdudiyyətlər tətbiq etmək qərarı Rusiya prezidenti Putini qəzəbləndirib”, - nəşr yekunlaşdırıb.

Günay 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Dekabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri