Rusiya NATO ya 2030 cu ilə qədər hücum edə bilər
Icma.az bildirir, Modern.az portalına istinadən.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyanın gələcəkdə NATO üçün birbaşa təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, Starmer Britaniya kəşfiyyatının və digər NATO ölkələrinin qiymətləndirmələrinə istinad edərək Rusiyanın alyansa mümkün hücumunun 2030-cu ilə qədər baş verə biləcəyini bildirib.
“Bizim kəşfiyyatımızın, eləcə də NATO ölkələrinin qiymətləndirməsinə görə, Rusiyanın alyansa hücumu artıq 2030-cu ildə baş verə bilər”, – deyə o vurğulayıb.
Britaniya Baş naziri əlavə edib ki, dünya əvvəlki dövrlərlə müqayisədə daha təhlükəli və qeyri-sabit mərhələdən keçir.
“Daha təhlükəli və qeyri-sabit dövrdə yaşadığımızı demək şişirtmə olmaz. Mənim əsas vəzifəm ölkəmizi təhlükəsiz saxlamaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir”, – deyə Starmer bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 05 İyun 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















