Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Rusiya nə mesaj verir?

Rusiya nə mesaj verir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Tbilisi ölkənin suverenliyinin bərpası istiqamətində düşünülmüş və qətiyyətli seçim edib.

Zaxarovanın sözlərinə görə, Moskva Tbilisinin xarici diqtədən uzaqlaşmaq cəhdlərini anlayışla qarşılayır və Gürcüstanla münasibətlərin dərinləşdirilməsinə hazırdır.

"Biz Tbilisinin kənardan diktəni aradan qaldırmaq və xarici tərəfdaşlarla bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlıq etmək cəhdlərini anlayışla qarşılayırıq. Biz Rusiya-Gürcüstan əlaqələrini daha da dərinləşdirməyə hazırıq ki, bu da Gürcüstanın iqtisadi yüksəlişinin əsas amillərindən biridir. Biz bunu səmimi qəlbdən və xoş niyyətlə edirik", – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva Tbilisi ilə qarşılıqlı hörmət prinsipi əsasında qurulan əməkdaşlığın genişləndirilməsinə hazırdır.

"Tbilisi ölkə üçün suverenliyin bərpası, gürcü xalqının maraqlarının təmin olunması və mən əlavə edərdim ki, ölkənin və xalqın ləyaqətinin qorunması naminə qəti və düşünülmüş seçim edib", – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.

“Cebheinfo.az”-a danışan siyasi şərhçi Aydın Tağıyev bildirib ki, Kremlin son bəyanatları fonunda Gürcüstanla bağlı ritorikasında müəyyən dəyişikliklər müşahidə olunur.

Onun sözlərinə görə, Moskvanın Gürcüstana dair yumşaq ritorikası strateji dönüşdən çox, dəyişən geosiyasi şəraitə uyğun taktiki adaptasiya təsiri bağışlayır:

"Ukrayna müharibəsi və Ermənistanın Qərbə yaxınlaşması Kremlin Cənubi Qafqazdakı mövqelərini zəiflətdiyi üçün Gürcüstanı “son təsir kanalı” kimi qorumaq vacib görünür. 

Zaxarovanın açıqlamalarında Gürcüstanın “suveren seçim” etməsi vurğulanır. Bu, Moskvanın son illərdə önə çıxardığı “ənənəvi dəyərlər” və “milli ləyaqət” diskursu ilə üst-üstə düşür. Lakin Abxaziya və Cənubi Osetiya məsələsinin kənarda saxlanılması Kremlin həqiqi niyyətini sual altında qoyur".

Siyasi şərhçi əlavə edib ki, Rusiya uzun illər postsovet məkanında “məhdud suverenlik” konsepsiyasına əsaslanıb:

"Gürcüstanla bağlı yumşaq ritorika bu siyasətdən imtina deyil, sadəcə zəifləyən imkanlar fonunda taktiki manevrdir.

Fikrimcə, Gürcüstan üçün əsas təhlükəsizlik məsələsi Abxaziya və Cənubi Osetiyanın statusudur. 

Rusiya bu mövzuda fundamental dəyişiklik etmədiyi müddətdə “hörmət” və “qarşılıqlı fayda” ritorikası diplomatik jestdən o tərəfə keçmir". 

Aydın Tağıyev vurğulayıb ki, Kremlin yumşaq mesajları neoimperialist siyasətdən imtina demək deyil:

"Yekunda onu deyə bilərəm ki, Kremlin Gürcüstana dair yumşaq ritorikası strateji dönüş deyil, taktiki davranış modelidir. Moskva zəifləyən resurslar fonunda regiondakı təsirini qorumağa çalışır. 

Əgər Rusiya həqiqətən neoimperialist yanaşmadan uzaqlaşmaq niyyətindədirsə, bunu yalnız Abxaziya və Cənubi Osetiyanın statusu ilə bağlı konkret addımlar sübut edə bilər. Hələlik isə müşahidə olunan dəyişikliklər daha çox geosiyasi adaptasiya xarakteri daşıyır".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Rusiya Aydın Tağıyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyun 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri