Icma.az
close
up
RU
Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq DEPUTATLAR

Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq DEPUTATLAR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın bəzi media qurumlarında və ictimai platformalarında Azərbaycana, ölkənin dövlət siyasətinə və rəhbərliyinə qarşı son dövrlərdə səsləndirilən təhqiramiz və təhdid xarakterli fikirlər iki ölkə arasında münasibətlərə dair müzakirələri yenidən gündəmə gətirib. Azərbaycan Xarici İşlər Nazirliyi bu cür açıqlamaların yolverilməz olduğunu bildirib və Rusiyanın informasiya məkanında anti-Azərbaycan ritorikasının artmasına etiraz edib

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət və regiondakı mövqeyi Rusiyanın müəyyən dairələrini narahat edir:

“Azərbaycan hazırda müstəqil siyasət həyata keçirir və regionun lideridir. Beynəlxalq əlaqələrimiz kifayət qədər güclüdür. Bu, Rusiyaya sərf etmir. Ona görə də Rusiya hakimiyyəti müxtəlif yollarla Azərbaycana təzyiq etmək istəyir. Belə təsir siyasətinin bir hissəsi də öz media qurumlarının çirkli siyasətindən ibarətdir. Bəzi media platformalarında Azərbaycana qarşı səsləndirilən fikirləri qəbuledilməzdir. Solovyov, Zatulin və digərlərindən başqa, indi də “Çisto Panyimaniya” verilişində boş adamlar oturub cəfəngiyyat danışırlar. Bununla bağlı Azərbaycan cəmiyyətinin də öz təpkisi olmalıdır. Mən parlamentari, həm də partiya sədri olaraq Rusiyanın Azərbaycana qarşı apardığı çirkin siyasətə etiraz edib, səsimi yüksəltmişəm. Hesab edirəm ki, hamının bu mövzuda mövqeyi olmalıdır”.

       

Elşad Musayevin sözlərinə görə, Rusiyanın Azərbaycana qarşı apardığı informasiya siyasəti iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə bilər:

“Rusiyanın Azərbaycanda təsir agentləri və casus şəbəkələri var. Amma biz də artıq Rusiyaya cavab vermək iqtidarındayıq. Hesab edirəm ki, Rusiyanın apardığı bu siyasət iki ölkə arasındakı münasibətlərin pisləşməsinə aparır. Əslində, Rusiya hakimiyyətinin isterika dolu imperiya ambisiyalarına söykənən siyasətinin özlərinə heç bir faydası yoxdur. Nəhayət, Rusiya XXI əsrdə olduğumuzu anlamalı və qonşularla dinc yanaşı yaşamağa çalışmalıdır. Rus xalqı imperiya ambisiyaları ilə aldadılmamalıdır. Rusiyanın Azərbaycana qarşı apardığı çirkin siyasəti qınayıram”.

Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi qruounun digər bir üzvü Rasim Musabəyov Rusiyada Azərbaycana qarşı informasiya müharibəsi davam etməsinin təssüf doğurduğunu deyib:

“Təəssüf olsun ki, Rusiyada Azərbaycana qarşı informasiya müharibəsi davam edir. Həmin insanların xətti keçməsi artıq təbliğat deyil, konkret çağırışlardır. Bu, Azərbaycan-Rusiya arasında müttəfiqlik haqqında Bəyannaməyə ziddir. Bəyannamənin 11-ci bəndində konkret olaraq göstərilir ki, tərəflər bir-birinin ərazi bütövlüyünə, sərhədlərinə və daxili quruluşuna qarşı hər hansı fəaliyyəti pisləyir və ona icazə vermirlər”.

Deputat qeyd edib ki, Rusiyada həm Dövlət Dumasının bəzi üzvləri, həm də dövlətə bağlı televiziya kanallarında səsləndirilən müəyyən çağırışlar artıq hüquqi məsuliyyət doğura biləcək xarakter daşıyır:

“Rusiyanın Dövlət Dumasının üzvləri, həmçinin dövlət kanallarında elə çağırışlar səslənir ki, konkret olaraq cinayət xarakteri daşıyır. Ona görə də Prokurorluq iş qaldırıb. Azərbaycan öz ərazisində belə təbliğat imkanlarını haqlı olaraq qapadır və etirazlarımızı da bildiririk. İndi başa düşsələr, çox yaxşı olar. Əksinə, başa düşməyib bu şəkildə münasibətləri qurmaq istəyirlərsə, nəticəsi də belə olacaq”.

Rasim Musabəyov Azərbaycanın ölkəyə qarşı yönələn mənfi addımları cavabsız qoymayacağını vurğulayıb:

“Azərbaycan heç kəsin bizə qarşı yönələn mənfi münasibətini cavabsız qoymayıb. İndi bunu Moskvada kimlərsə anlamırlarsa, cavabları görəndə anlayacaqlar. Təyyarəmizi də Rusiya vurmuşdu, çirkin təbliğat kampaniyasına da onlar başlayıblar. Azərbaycan diasporuna orada divan tutulur. Düşünürlər ki, bunun nəticəsində Azərbaycanı özlərinə tabe edəcəklər. Sadəcə olaraq, özlərini gülünc vəziyyətə salırlar. Azərbaycan müxtəlif təzyiqlərə qarşı dayanmaq və öz milli maraqlarını qorumaq iqtidarındadır. Azərbaycan bundan da artıq təzyiqlərə sinə gərib. Dövlətimiz hər zaman öz hüquqlarını və mənəviyyatını qorumaq iqtidarında olub və olacaq. Ona görə də nə edirlərsə, etsinlər, ikiqat cavab alacaqlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Avqust 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri