Icma.az
close
up
RU
Rusiya üzr istəməli, təzminat ödəməlidir: Deputatlar danışır

Rusiya üzr istəməli, təzminat ödəməlidir: Deputatlar danışır

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi,  “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi 25 dekabrda Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Belə ki, qəzaya səbəb kimi əvvəlcə təyyarənin quşlarla toqquşduğu deyilsə də, sonradan yaranan əsaslı şübhələr yeni suallar yaradır.

Məsələn, təyyarənin istiqaməti, yayılan görüntülərdə hələ havada olarkən qanadındakı qəlpə izləri məhz Rusiya tərəfindən vurulduğunu göstərir.

Nəzərə alsaq ki, həmin gün Ukraynaya məxsus puaların Qroznu şəhərinə hücumları qeydə alınıb, şübhələr daha da artır.

Artıq bu xəbər təsdiqlənir, dünya mediası da bu versiya üzərində dayanıb.

Bəs Azərbaycan ictimaiyyəti, xüsusili Milli Məclisin deputatları bu barədə necə düşünür?

“Mülki təyyarəmizi Rusiyanın vurduğu təsdiqini taparsa, rəsmi Moskva üzr istəməli, Azərbaycan tərəfinə kompensasiya verməli və günahkar şəxslər ciddi cəzalanmalıdır”

Hurriyyet.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğraması və çoxsaylı insan itkisi, yaralanması ilə nəticələnməsi hər birimizi təbii olaraq sarsıdıb. Azərbaycan Prezidentinin sərəncamı ilə matəm elan edilməsi kontekstdən baxsaq, ölkə başçısının anında məsələyə reaksiya verməsi, səfəri yarımçıq qoyub geri dönməsi, əlaqədar qurumlara qəza ilə bağlı ciddi araşdırmaya başladılmasına göstəriş verilməsi dövlətimizin bütün məsələlərdə xalqın yanında olmasını göstərir. Stiuasiya isə təbii ki, faciəvidir. Azərbaycan tərəfi hazırda qəza ilə bağlı bütün vacib addımları atır. Hələlik istintaqın rəsmi məlumatları verilməsə də, ilkin olaraq Caliber.az saytının yazdığına görə, təyyarəmiz Rusiya tərəfindən raketlə vurulub. Bundan əlavə, kapitana eniş icazəsinin verilməməsi, geri döndərilərək Xəzər dənizi üzərindən Qazaxıstana yönləndirilməsi kimi məsələlər də əsaslı şübhələr yaradır. Hazırda rəsmi məlumatlar olmadığı üçün hər hansısa bir fikir, mülahizə istintaqın gedişatına da təsir göstərə bilər. Amma bu fikri indi fakt kimi söyləsək, bu yanlışlıq, böyük səhv rəsmi Moskva tərəfindən qeyd edilməli, üzr istənilməli, Azərbaycan tərəfinə kompensasiya verilməli, günahı olan bütün şəxslər də ciddi cəzalandırılmalıdır. Bu, həm də “Beynəlxaq Aviasiya” haqqında olan qanunda öz əksini tapır və indiyə qədər olan praktika onu göstərir ki, belə məsələlər olub, hər birinin həlli yolu da budur. Hal-hazırda Azərbaycanla bərabər Qazaxıstan da ilk andan öz diqqətini göstərib. Onlara da öz təşəkkürlərimizi bildiririk. Ümid edirik ki, hadisənin əsl mahiyyəti üzə çıxacaq, rəsmi məlumatdan sonra hadisə haqqında daha dəqiq fikirlərimizi bildirə biləcəyik. Hazırki versiyaya görə Rusiyanın bizim mülki təyyarəni Ukraynaya məxsus hərbi təyinatlı təyyarə ilə dəyişik salması, bu hadisənin baş verməsi böyük diqqətsizlikdir, insan təlafatına səbəb olub. Hələlik bu fikirlər də bir fərziyyədir. Odur ki, Azərbaycan dövlətinin rəsmi bəyanatını gözləməliyik. Ondan sonra qərarların verilməsi öz əksini tapacaq”,- deyə o, bildirib.

Milli Məclisin digər bir deputatı Elçin Mirzəbəylinin sözlərinə görə, ölümlə üz-üzə qalan insanların olduğu təyyarənin qəza enişinə imkan yaradılmaması hava gəmisinin vurulmasından daha dəhşətli, ikrah doğuran bir hərəkətdir:

“Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Qroznı səmasında vurulması faktının təkzib olunması mümkün deyil. Fakt, ekspert rəyi olmadan da göz qabağındadır. Təyyarənin vurulma faktının Rusiya dövlətinin iradəsindən kənar baş verdiyini, yaxud hansısa maraqlı qruplar tərəfindən məqsədyönlü şəkildə həyata keçirildiyini təhqiqat və istintaq müəyyənləşdirəcək. Çoxsaylı insan tələfatına səbəb olan bu hadisənin necə və hansı şəraitdə baş verməsindən asılı olmayaraq, ortalıqda bir neçə ağır cinayət faktı var. Sərnişin təyyarəsinin raketlə vurulmasından daha ağır və dəhşətli cinayət faktı hava gəmisinin qəza enişinə, hətta bir neçə dəfə imkan verilməməsi və günahsız insanların ölümlə baş-başa buraxılmasıdır. Bu, təkcə təyyarənin vurulmasını gizlətmək üçün nümayiş etdirilən və təbii ki, cinayət hesab edilən məsuliyyətsiz davranış deyil, insanlıq adına ləkə sayılan, utanc doğura biləcək ləyaqətsiz, qürursuz, əxlaqsız bir addımdır. Bir daha təkrar edirəm, ölümlə üz-üzə qalan insanların olduğu təyyarənin qəza enişinə imkan yaradılmaması hava gəmisinin vurulmasından daha dəhşətli, ikrah doğuran bir hərəkətdir.  Belə hallarda ənənələri və dövlətçilik əxlaqı olan ölkələrin necə davrandıqları ilə bağlı çoxsaylı presidentlər var. Yaxın keçmişdə, Azərbaycanın və Türkiyənin Rusiyaya məxsus, hətta hərbi təyinatlı helikopter və təyyarənin vurulmasından sonra necə davrandıqlarını xatırlamaq, qənaətimə görə, nəticə çıxarmaq üçün yetərlidir. Təyyarənin vurulma faktını etiraf etmək, üzr istəmək, təzminat ödəmək, təkcə yerli qanunvericiliyin və beynəlxalq hüququn tələbləri deyil, həm də dövlətçilik əxlaqı, ləyaqət və şərəf məsələsidir. Beynəlxalq təcrübədə, bu qəbildən olan hadisələr zamanı müstəqil hüququn subyekti olan sivil, dövlətçilik ənənəsi olan ölkələrin fərqli davrandıqları, üzr istəmədikləri, təzminat ödəmədikləri ilə bağlı heç bir fakt yoxdur. Ümid edirəm ki, çağdaş dünyada baş verən geosiyasi dəyişikliklərdən doğan qarşıdurmalara baxmayaraq, milli və klassik dövlətçilik ənənələrinin qorunmasının bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət daşıdığını hələ də anlaya bilənlər var. Düşünürəm ki, qonşu Rusiya baş verən hadisəni, ilk növbədə öz mənafeyi baxımından ciddi təhlil etməli və qarşılıqlı münasibətlərin mövcud səviyyəsindən doğan hüquqi addımlar atmalıdır.”

Milli Məclisin deputatı Elman Nəsirov da öz növbəsində hadisənin Rusiya tərəfindən törəldiyi halda rəsmi Moskvanın üzr istəməli olduğunu və lazımı prosedurların həyata keçirilməsinin vacibliyini qeyd edir:

“Əvvəla, baş verən qəzada həlak olanlara Allahdan rəhmət, sağ qalanlara isə şəfa diləyirik. Əlbəttə, bununla bağlı bir sıra suallar da yaranır. İlkin versiya bu idi ki, təyyarə quş sürüsü ilə toqquşub, lakin görüntülərdə təyyarənin göyərtəsində güllə, qəlpə izlərinin olması diqqətdən yayınmadı. Artıq Caliber.az-in yaydığı məlumata görə, 25 dekabrda Ukraynaya məxsus puaların Qroznu şəhərinə hücumları qeydə alınıb. Belə olan bir vəziyyətdə görünür ki, Rusiya silahlı qüvvələrinin raketdən müdafiə sistemləri bizim mülki təyyarəni də bilməyərəkdən hədəfə alıb. Burada qeyri-peşəkarlıq məsələləri də nəzərə alınmalıdır. Hər halda həqiqətə ən yaxın versiya budur. Əgər təsdiqini taparsa, hesab edirəm ki, Rusiya dövləti Azərbaycan xalqından üzrhaqlıq etməli, kompensasiya ödəməli və cinayətkarlar həbs edilməlidir. Qeyd edim ki, bir neçə il bundan əvvəl İrana məxsus olan raketdən müdafiə sistemləri Ukraynanın mülki təyyarəsini hərbi təyyarə hesab edərək vurmuşdular. Sonra da yanlış olduğu məlum olanda İran Ukraynandan üzrhaqlıq edərək kompensasiya ödəyib, cinayətkarları da həbs etdi. Bir daha Allahdan həlak olanlara rəhməıt diləyirik. İnanırıq ki, həqiqət lap yaxın zamanda üzə çıxacaq”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:335
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Dekabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri