Icma.az
close
up
RU
Rusiya neftini qaçaq yolla daşıyan gizli sxemin İFŞASI Adnan Əhmədzadə ilə bağlı SENSASİON DETALLAR

Rusiya neftini qaçaq yolla daşıyan gizli sxemin İFŞASI Adnan Əhmədzadə ilə bağlı SENSASİON DETALLAR

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ötən günlərdə Bakıda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin dəbdəbəli həyat tərzi ilə bağlı demək olar ki, hər gün bir məlumat yayılır.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, gah A.Əhmədzadənin lüks maşınları gündəmə gəlir, gah Cenevrədə fantastik məbləğə cərimələnməsi.
Ağır cəzalarla “burun-buruna” gələn Əhmədzadənin adı indi də Rusiya neftinin bir sıra dünya ölkələrindən saxta yollarla, sanksiyaları belə vecə almadan tranzitinə qol qoymasında hallanır.
Elə bununla bağlı Maltanın yerli media orqanı olan “Maltese Herald”da yazı dərc olunub.
Yazıda deyilir ki, A.Əhmədzadənin Maltadan Britaniyanın Virciniya adalarına qədər uzanan bir sıra ofşor şirkətləri var.
Həmin kompaniyalardan biri də Maltanın ən böyük neft bunkeri olan Kamran Ağayevə məxsus şirkətdir. İddia olunur ki, Əhmədzadə özü həmin şirkətin gizli təsisçisi olsa da, sənəd üzərində onu doğma xalası oğlu Kamran Ağayev təmsil edib. Əhmədzadə və Ağayevin “Qohum işindən” isə əngəlli əməllərin ortaya çıxdığı deyilir.
Fotoda: Kamran Ağayev
İttihamda deyilir ki, həmin şirkət Maltanın Birzebbuğa şəhərində yerləşən neft terminalından istifadə edərək Rusiya kölgə donanması ilə birlikdə Rusiya neftinin qaçaq yolla daşınmasında iştirak edib.
Şirkət, eyni zamanda, Liviyadan qaçaq yollarla əldə olunan neftin ticarəti ilə də məşğul olub.
Belə ki, şirkət Rusiya-neft ticarəti ilə bağlı A.İ. və Böyük Britaniya səlahiyyətliləri tərəfindən araşdırılır.
Araşdırmanın mənbəyi isə şirkətin saxta sertifikatlarla Rusiya neftinin Avropaya ixrac olunması ilə bağlı gəzən xəbərlərdir.
Media qurumu öz mənbələrinə istinadən yazıb ki, bu söz-söhbətlər Malta hakimiyyətində ciddi narahatlıq doğurub. Nəşr ötən ildən bəri Malta bayrağı altında Rusiya neftinin ticarəti ilə məşğul olan tankerlərin siyahısını da tirajlayıb.
Qeyd olunur ki, bu gəmilər Rusiya neftinin xarici bazara daşınması üçün ən məşhur rus limanları olan Primorsk və Novorossiyskdən istifadə ediblər.
Həmin tankerləri aşağıda qeyd edirik:
-“Chrysopigi IMO 9303728”
-“Janine K IMO 9544607”
-“Minerva Emily IMO 9380063”
-“Minerva Joy IMO 9363479”
-“Minerva Mediterranea 9367671”
Xam neft tankerləri
-“Botafogo IMO 9395329”
-“Calida IMO 9522128”
Adnan Əhmədzadə haqda iddialar bu yeddi tankerlə də kifayətlənmir. Belə ki, “Pandora Sənədləri” də daxil olmaqla, ictimaiyyətə sızan məlumatlara görə, Əhmədzadənin adı Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş “Choice Management Group Ltd”nin də benefisiar sahibi kimi önə sürülüb.
Bir neçə gün əvvəl isə “Haqqin.az” Sinqapur KİV-ə istinadla on il əvvəl Dubayda qurulan Kamran Ağayevə məxsus başqa bir şirkət haqda geniş məqalə dərc edib.
Bildirib ki, bunker yanacağı və tanker broker xidmətlərinin qeyri-şəffaf dünyasında yer açmaq istəyən başqa bir çevik operator kimi görünürdü. 2022-ci ilə qədər şirkətin illik gəliri 1 milyard dolları ötdü, əməliyyatları 60 ölkəyə genişləndi və o, özünü daha təmiz yanacaq və mayeləşdirilmiş təbii qaz bazarında oyunçu kimi yerləşdirdi.
Lakin sahibi-A.Əhmədzadənin həbsindən sonra şirkət özünü geosiyasi və hüquqi fırtınanın episentrində tapdı.
Araşdırmaçılar iddia edirlər ki, bu sxem saxta sertifikatlardan istifadə edilməklə həyata keçirilib və Qərbin məhdudlaşdırıcı sanksiyalarına baxmayaraq, Rusiya neftinin Azərbaycan kimi ötürülməsinə və Avropaya satılmasına imkan verib.
Hazırda Adnan Əhmədzadənin işlərini idarə edən digər yaxınlarından fərqli olaraq Kamran Ağayevdən ümumiyyətlə xəbər yoxdur. Azərbaycanı tərk etmiş Kamran Ağayevin gizlənməsinin onun barəsində təbii olaraq əsaslı şübhələr yaradacağı, barəsində atılacaq addımların gizli biznes şəbəkəsini alt-üst edəcəyi və məsuliyyətə cəlb edilmək üçün əsas yaradacağı aydındır.
Əsas sual isə belə səslənir: Azərbaycandan mənimsənilən pullarla hara qədər gizlənə bilərsən?!


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9599

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see561

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see264

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see232

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see167

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see160

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see156

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see138

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see138

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see134

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see130

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see128

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see127

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see127

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see122

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

15 Noyabr 2025 02:07see121

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see120

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri