Icma.az
close
up
RU
Rusiya nümayəndə heyəti İranda: Strateji tərəfdaşlıq müqaviləsinin tarixi bilindi

Rusiya nümayəndə heyəti İranda: Strateji tərəfdaşlıq müqaviləsinin tarixi bilindi

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya nümayəndə heyəti İran prezidenti Məsud Pezeşkianla görüşü nəzərdə tutan səfər çərçivəsində Tehrana gelib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın TASS dövlət xəbər agentliyi bazar ertəsi məlumat ⁦yayıb.

Hər iki ölkə genişmiqyaslı əməkdaşlıq sazişinin imzalanmasına hazırlaşır.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bazar ertəsi bildirib ki, tərəflər sazişin imzalanması üçün tarix müəyyən etməyə çalışırlar və sazişin yanvar ayında keçiriləcək ikitərəfli görüşdə imzalanması gözlənilir.

Rusiya, Ukrayna müharibəsinin başlanmasından bəri İran və Şimali Koreya kimi ABŞ-a düşmən mövqedə olan ölkələrlə daha sıx əlaqələr qurur.

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov oktyabr ayında Moskva və Tehranın daha sıx müdafiə əməkdaşlığını nəzərdə tutan saziş imzalamağı planlaşdırdıqlarını bəyan etmişdi.

İrana səfər edən rus nümayəndə heyətinə baş nazir müavinləri Aleksey Overçuk və Vitali Savelev rəhbərlik edir. Bu barədə Rusiya İnterfaks agentliyi məlumat yayıb.

"Görüş zamanı İran və Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin azad ticarət zonası üzrə tamhüquqlu saziş çərçivəsində birgə fəaliyyətləri müzakirə olunacaq”, – İnterfaks qeyd edib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi bildirib ki, bu müqavilə yaxın vaxtlarda keçiriləcək ikitərəfli görüş zamanı imzalanacaq.

"Allaha ümid edərək, dey ayının (İran təqviminə görə 10-cu ay, miladi təqvimlə 21 dekabr - 19 yanvar arası) sonuna qədər bu müqavilə imzalanacaq", – Baqayi mətbuat konfransında İrana və Rusiyaya aid strateji tərəfdaşlıq müqaviləsinin tarixi ilə bağlı suala cavab verərkən qeyd edib. SNN telekanalı konfransı canlı yayımlayıb.

4 dekabrda Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Məsum Pezeşkianın Rusiyaya planlaşdırılan səfəri çərçivəsində əsaslı müqavilənin imzalanacağına ümid etdiyini bildirib. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, İran prezidentinin səfəri üçün dəqiq tarix hələ təyin olunmayıb, lakin Moskva və Tehran strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasını gecikdirmək niyyətində deyil.

Qeyd edək ki, ABŞ sentyabr ayında Tehranı Ukraynaya qarşı istifadə üçün Rusiyaya yaxın məsafəli ballistik raketlər çatdırmaqda ittiham edib və bu silahların çatdırılmasında iştirak edən gəmilər və şirkətlərə sanksiyalar tətbiq edib. Tehran isə bu raketlərin Moskvaya verilməsini inkar edir.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri