Rusiya nüvə doktrinasını dəyişdi
Metbuat saytına istinadən Icma.az xəbər verir.
Rusiya ballistik raketlərlə hücuma məruz qalacağı təqdirdə buna nüvə silahı ilə cavab verə bilər.
Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı doktrinanı təsdiqləyib. Putinin imzaladığı fərmana əsasən, Rusiyanın nüvə silahından istifadəsini tənzimləyən şərtlərə bəzi yeniliklər edilib. Yeni doktrinada deyilir ki, bir ölkə nüvə silahına malik başqa bir ölkənin dəstəyi ilə Rusiya ərazisinə ballistik raketlə hücum edərsə, Moskva buna nüvə silahı ilə cavab verə bilər. Həmçinin pilotsuz uçuş aparatları və ya döyüş təyyarələri ilə edilən hücumlar da buraya daxildir.
Qeyd edək ki, ABŞ mətbuatında Vaşinqton administrasiyasının Ukraynaya uzun mənzilli ABŞ silahlarının Rusiya ərazisində məhdud istifadəyə icazə verməsi barədə xəbərlər dərc edilib.
Baxış sayı:146
Bu xəbər 19 Noyabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















