Rusiya nüvə enerjisi ilə işləyən “Poseydon” sualtı aparatını sınaqdan keçirib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Moskva, 30 oktyabr, AZƏRTAC
Rusiya “Poseydon” nüvə enerjisi ilə işləyən sualtı pilotsuz aparatını uğurla sınaqdan keçirib. Məlumata görə, onun nüvə enerji qurğusunun göstəriciləri “Sarmat” qitələrarası ballistik raketinin göstəricilərini xeyli üstələyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin P.V.Mandrıka adına Mərkəzi Hərbi Klinik Xəstəxanasında olarkən məlumat verib.
“Dünən biz perspektivli bir sistem – “Poseydon” sualtı pilotsuz aparatını növbəti dəfə sınaqdan keçirdik. Bu dəfə biz onu yalnız start mühərriki vasitəsilə sualtı daşıyıcı qayıqdan işə salmaqla kifayətlənmədik, həm də aparatın müəyyən vaxtdan sonra nüvə enerji qurğusunu aktivləşdirməsini təmin etdik”, – deyə Prezident bildirib.
Vladimir Putin vurğulayıb ki, bu pilotsuz aparatın dünyada bənzəri yoxdur və onun qarşısını almaq üçün mövcud vasitə yoxdur.
Prezidentin sözlərinə görə, “Poseydon”un nüvə reaktoru minimal ölçülərə malik olsa da, onun gücü ən müasir qitələrarası ballistik raketlərin gücünü xeyli üstələyir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 30 Oktyabr 2025 07:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















