Rusiya nüvə tətbiqinə dair təlimlərə başlayır
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Rusiyada nüvə qüvvələrinin tətbiqinə hazırlıq üzrə təlimlərə start verilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Mayın 19-dan 21-dək davam edəcək təlimlərə strateji təyinatlı raket qoşunları, Sakit okean donanması, Şimal donanması, uzaq aviasiya komandanlığı, Leninqrad və Mərkəzi hərbi dairələrin qüvvələrinin bir hissəsi cəlb edilib.
Nüvə təlimlərində 64 mindən çox hərbi qulluqçu və 7800-dən çox hərbi texnika, o cümlədən 200-dən çox raket buraxılış qurğusu, 140-dan çox uçuş aparatı, 73 gəmi və 8-i strateji təyinatlı raket sualtı gəmisi olmaqla, 13 sualtı gəmi iştirak edəcək.
Təlimlərin əsas məqsədi düşməni çəkindirmə ilə bağlı hərəkətlərin işlənib hazırlanması və şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılmasıdır. Bundan əlavə, Belarusda yerləşdirilmiş nüvə silahının birgə hazırlanması və tətbiqi məsələlərinin işlənməsi planlaşdırılır. Nazirlik Rusiya ərazisindəki poliqonlarda ballistik və qanadlı raketlərin təlim buraxılışlarının həyata keçiriləcəyini açıqlayıb.
Xatırladaq ki, ötən gün Belarus ərazisində Belarus-Rusiya nüvə təlimlərinə start verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 May 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















