Rusiya olmadan TRİPP dəhlizi həll oluna bilməz”
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Moskva İrəvanla TRIPP layihəsində iştirakının parametrləri ilə bağlı dialoq imkanlarını nəzərdən keçirir“.
Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Diplomat qeyd edib ki, Rusiya tərəfi bu təşəbbüsə dair mövqeyini qoruyur, lakin Ermənistan-ABŞ layihəsinin detalları hələ də diqqətlə araşdırılmalıdır.
“2038-ci ilə qədər Ermənistanın dəmir yolu şəbəkəsi “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti tərəfindən idarə olunur. Ermənistan Respublikası Rusiya dəmir yolu xəttindən istifadə edir. İran-Ermənistan sərhədində bizim sərhədçilərimiz yerləşir. Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünü də nəzərə almaq lazımdır. Bu şəraitdə aydındır ki, Rusiya olmadan tərəfdaşlar bu işi həll edə bilməzlər”, – Qaluzin vurğulayıb.
Qaluzin vurğulayıb ki, Rusiya İrəvandakı tərəfdaşları ilə məsləhətləşmələrə hazırdır və bu nəqliyyat dəhlizinin həyata keçirilməsində Moskvanın iştirakının konkret formalarını müzakirə etməyi planlaşdırır.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:234
Bu xəbər 10 Fevral 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















