Rusiya ordusu Kiyevə onlarla raket atdı Dağıntı və tələfat var
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya ordusu Kiyevə kütləvi raket zərbələri endirib.
“AzPolitika” yerli teleqram kanallarına istinadla xəbər verir ki, fevralın 12-də səhər tezdən başlayan hücum nəticəsində ölən və yaralananlar var, Ukrayna paytaxtının bir sıra ərazilərində dağıntılar qeydə alınıb.
Fövqəladə hallar xidmətinin məlumatına görə, Obolonski rayonunda inzibati binada yanğın başlayıb, bir nəfər ölüb. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, iki nəfər xəstəxanaya yerləşdirilib, qurbanlar arasında uşaq da olub.
Qoloseyevski rayonunda ikimərtəbəli anbarda irimiqyaslı yanğın baş verib. Hadisə yerinə xilasedicilər cəlb edilib. Kiyevin Solomenski və Svyatoşinski rayonlarında da yaşayış binalarının damlarında yanğınlar baş verib.
Kliçko bildirib ki, Darnitski rayonunda özəl müəssisələrdən birində yanğın qeydə alınıb. Fəsadların aradan qaldırılmasına onlarla fövqəladə halların əməkdaşı və texnikası cəlb olunub.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 12 Fevral 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















