Rusiya ordusu Ukraynanın daha bir şəhərini tutub Baxmutdan sonra ən böyük uğurudur...
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Fevralın 7-də günortadan sonra Rusiya Müdafiə Nazirliyi Rusiyanın “Mərkəz” hərbi qruplaşmasının Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərini ələ keçirdiyini açıqlayıb.
Toretsk şəhərində döyüşlər bir neçə ay davam edib. Ukrayna hərbçiləri şəhəri tərk etdikləri barədə məlumatı təsdiqləməyib. Cəbhədə dəyişiklikləri izləyən DeepState layihəsinin xəritəsində şəhərin böyük hissəsi Rusiyanın nəzarətində olduğu qeyd olunub, bir hissəsi isə “boz zona” deyilən ərazidədir, yəni hər iki tərəfin stabil nəzarəti yoxdur.
Müharibədən əvvəl təxminən 35 min nəfər əhalisi olan şəhər Qorlovkanın qərbində yerləşir. Döyüş zamanı ona ciddi ziyan dəyib. Əgər onun ələ keçirilməsi ilə bağlı xəbərlər təsdiqlənərsə, bu, 2023-cü ildə Baxmutun tutulmasından sonra Rusiyanın ələ keçirdiyi ən böyük yaşayış məntəqəsi olacaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 07 Fevral 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















