Rusiya ordusu Ukraynanın Sumı şəhərinə zərbə endirdi 10 ölü, 55 yaralı var
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Noyabrın 17-də axşam saatlarında Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə həyata keçirdiyi raket zərbəsi nəticəsində azı 10 mülki şəxs həlak olub. Onlardan ikisi uşaqdır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.
Qeyd olunur ki, bazar günü Rusiya Ordusu Sumının sıx məskunlaşmış ərazisinə raket zərbəsi endirib və raket doqquzmərtəbəli yaşayış binasının yaxınlığına düşüb.
Raket zərbəsi nəticəsində 55 nəfər yaralanıb ki, onlardan da 8-i uşaqdır.
Hazırda dağıntılar təmizlənir, ölən və xəsarət alanların sayının artacağı istisna edilmir.

Bizim.Media

Rusiya Ukraynanın bu şəhərinə zərbə endirdi FOTO
02 Sentyabr 2025 10:37
Rusiya ordusu Sumı şəhərinə zərbə endirdi: Bir uşaq xəsarət aldı FOTO
02 Sentyabr 2025 12:12
Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır
07 İyun 2025 17:23
Rusiya Sumı şəhərinə raket zərbəsi endirdi VİDEO
13 Aprel 2025 12:48
Rusiya Ukraynanın Sumı şəhərinə ballistik raket atdı Çoxsaylı insan tələfatı var
13 Aprel 2025 13:06

