Icma.az
close
up
RU
“Rusiya Polşaya dron hücumunu Putin Çindən qayıdandan sonra etdi...” “Siyasətdə heç nə təsadüfi olmur...”

“Rusiya Polşaya dron hücumunu Putin Çindən qayıdandan sonra etdi...” “Siyasətdə heç nə təsadüfi olmur...”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Rusiyanın sülhə gedəcəyi və yaxud ABŞ-ın onu müharibəni dayandırmağa məcbur edəcəyinə inanmaq  gülüncdür...”

Siyasi analitik Tahir Cəfərli Moderator.az-a açıqlamasında “Putinin Polşaya dron hücumunun məqsədi və Trampın buna reaksiyası barədə nə deyə bilərsiz?” sualına belə cavab verib:

“Nə qədər  ayı yatmış idi, meşə xəlvət idi və astaca dağılırdı. Bütün Avropa zəli kimi meşənin qanını içirdi, sorurdu. Bütün Avropa İttifaqının  xammal bazasına çevrilmişdi. Neft, qaz, mis, metal və bütün Rusiyanın yeraltı və yerüstü sərvətləri Avropaya axırdı. Avropa İttifaqı güclənir və ABŞ-dan uzaq qaçırdı. Rusiya ilə əməkdaşlıq etdiklərindən Rusiya qorxusu yox idi. Odur ki, Amerikadan silah almırdılar. ABŞ-ın əsas iqtisadi göstəricisi olan Hərbi Sənaye Kompleksi işləmirdi. Rusiyanınkı kimi dağılırdı.  Amerikanın xarici  borcları birə-beş artmışdı və artmaqda idi. Rusiya xalqları da səfalət halına düşürdü. Bu minvalla ABŞ-ın bir nömrəli düşməninə Avropa İttifaqı çevrilməkdə idi. ABŞ əgər bu prosesi dayandırmasaydı, özü Avropanın satellitinə çevrilə bilərdi. 

ABŞ-a Avropada müharibə lazım idi ki, HSK-ni işə salsın. Boşalmış ABŞ  şəhərlərini yenidən canlandırsın. Ona bu işdə ancaq Rusiya kömək ola bilərdi. Nəzərə alsaq ki, Yeltsini hakimiyyətə gətirən Mərkəzi Kəşfiyyat idarəsi olub və öz yerini Putinə verən də o, olub, onda bütün mənzərə aydınlaşır. 

Ukraynada Yanukoviçi hakimiyyətdə saxlaya bilməyən Avropa İttifaqı gördü ki, Putin bir-neçə günün içində Krıma girdi və onu zəbt etdi. Qara dənizdə ABŞ armadasının gözü qarşısında...  

Niyə ABŞ göz yumdu? Çünki Rusiya ilə ABŞ Avropa İttifaqını dağıtmağa, öz HSK bərpa etməyə başladı.

ABŞ-ın bundan sonrakı sanksiyaları Avropanı lüt qoymağa, rus ayısının HSK-nın oyanmasına səbəb oldu. ABŞ kimi Rusiya HSK hesabına ÜDM birə beş artırdı və Ukraynanı Avropa ilə Rusiyanın hərbi poliqonuna çevirdilər,  müharibə davam etdikcə, güclənməyə başladılar.

Rusiyanın sülhə gedəcəyi və yaxud ABŞ-ın Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyinə inanmaq  gülüncdür. 

Ukrayna poliqonunun Rusiyanın dağıdacağanı deyən polyaklar ən çox  canfəşanlıq edirdilər, yəni Ukraynada müharibə davam edəcəyi halda, Rusiyanın dağılacağını deyirdilər. Maraqlı bir fakt: polyaklar deyirlər: Əgər sən rus öldürməmisənsə, deməli, polyak deyilsən... 

Tərs reaksiya  getdi, Rusiya dağılmadı, tək qalsa da  güclü silahlara sahib oldu. İndi növbə onunla düşmənçilik edənlərindir. 

Dronların Polşaya uçması heç də təsadüfi deyil. Siyasətdə təsadüfi heç nə yoxdur. Fikir verin,  Rusiya Polşaya dronları V.Putin Çindən qayıdandan sonra göndərdi. Çində Hərbi Paradda SSRİ-nı qırmızı bayrağı qaldırılmışdı. Bu o demək idi ki, Çin SSRİ-nın Almaniya üzərindəki qələbəsini əsas tutur. 

ABŞ Prezidentinin Rusiya dronlarının Polşa üzərində uçmasına susması və ciddi reaksiya verməməsi, bir daha ondan xəbər verir ki, Alyaskada iki Prezidentinin paritet əsasında görüşmələri Aİ-nin dağılmasına və ABŞ-ı onlar üzərində ağalığına gətirib çıxacaq. Paritet görüşünün mahiyyətini bu günə qədər bir analitik belə  açmayıb, amerikanlar da açmaq istəmirlər. Fakt budur ki, Aİ dağılmaqdadır və tezliklə dağılacaq. Bu dağıntının səbəbkarları ABŞ və Rusiyanın qurduğu dağıdıcı oyundur. Əks halda bəşəriyyət Üçüncü dünya müharibəsi ilə üzləşəcək.   Məsələlərə bu  mövqedən yanaşmaq lazımdır...”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri