Rusiya Prezidenti: Ukraynanın kapitulyasiyasını istəmirik, reallıqların tanınmasında israrlıyıq
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Biz Ukraynanın kapitulyasiyasını istəmirik, biz yaranmış reallıqların tanınmasında israr edirik".
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.
O vurğulayıb ki, Ukraynada baş verənlər Rusiyanın işinin nəticəsi deyil, bu, dünyada baş verən qlobal dəyişikliklərlə barışmaq istəməyənlərin əməyinin nəticəsidir.
Putin rus və Ukrayna xalqlarını bir xalq hesab etdiyini və bu mənada bütün Ukraynın onların olduğunu qeyd edib: "Əsgərimiz hara ayaq basırsa, ora bizimdir".
Putin əlavə edib ki, Rusiya heç vaxt Ukraynanın suverenliyini şübhə altına almayıb.
Qeyd edib ki, Ukraynanın müstəqilliyi və suverenliyi onun neytral və bloklara qoşulmayan dövlət olmasını nəzərdə tutan bəyannaməyə əsaslanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 20 İyun 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















