Rusiya qadağa qoydu: Azərbaycanda ucuzluq başladı FOTO
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Rusiya Azərbaycandan idxal olunan bəzi məhsullara qadağa qoyub.
Bu, həmin məhsullarda insan sağlamlığına zərər vura biləcək komponentlərin olması ilə əlaqələndirilir. Bundan başqa, daha əvvəl idxal olunan bəzi məhsullar satışdan çıxarılıb və məhv edilib. Yekaterinburqda Azərbaycandan idxal olunan şaftalı və nektarinin müvafiq dövlət qurumları tərəfindən məhv edilməsinin görüntüləri yayılıb.
"Cebheinfo.az" xəbər verir ki, Rusiyanın bu qadağasının sonra Azərbaycan bazarında sözügedən məhsulların bolluğu yaranıb.
Bu, məhsul istehsalçılarına ziyan olsa da, qiymətlərin kəskin enməsi alıcıların xeyrinədir. Belə ki, bir neçə gün əvvəl kilosu 1,5-2 AZN -ə satılan bu kənd təsərrüfatı məhsullarının qiyməti indi 70-80 qəpik arasında dəyişir.
Təkcə bazarlarda yox, yol kənarlarında, məhəllələr daxilində maşınlarla bu məhsulların satışı həyata keçirilir.
Xəzər
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 13 İyul 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















