Icma.az
close
up
RU
Rusiya qalib gəlsə, Azərbaycana nə olacaq?

Rusiya qalib gəlsə, Azərbaycana nə olacaq?

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskva Ukraynada işğalçı savaşı qazanacağı halda, dərhal guya “yenlənmiş SSRİ” yaradacağı, postsovet ölkələrini öz bayrağı altında yığacağı, hətta bir neçə qonşu ölkələrə hücum edəcəyi, yeni torpaqları ərazisinə qatmaq iştəhasına düşəcəyi haqda deyilənlər reallığa uyğun deyil, çünki...

Trampın hakimiyyətə qayıtmasından dərhal sonra Ukraynada müharibənin dayandırılacağı və hazırda bu ölkənin şərqində ciddi hərbi uğurlar qazanan Rusiyanın qələbəsinin tanınacağı haqda daha açıq danışmağa başlayıblar. Demokrtalar yenə Ukraynada öz pis işlərini gördülər. Obamanın hakimiyyəti dövründə Krım əldən getdi, Bayden də gethagetdədir və indi də Donbas bölgəsi Rusiyanın işğalı altına düşməkdədir...
Hadisələri qabaqlamağa ehtiyac yoxdur, müharibə davam edir və hərbi əməliyyatların dayandırılması üçün şərtlər hələ qeyri-müəyyəndir, bunun üçün uzun danışıqlar olacağı bəllidir. 

Rusiyanın qalib gələcəyi halda, Moskvanın “qarşısında durmağın”çətin olacağı haqda bu savaş başlayandan ən müxtəlif versiyalar səslənir. Bizim yerli ekspertlər daha çox Azərbaycanı gözləyə biləcəyi risklərdən narahat olurlar ki, bu da anlaşılandır. Amma bəzilərinin sanki Qərbin bu savaşın başlaması üçün təxribatlarını görməzdən gəlməsi, iki ölkə ordusu(Rusiya və Ukrayna) arasında real güc nisbətini gözardı edərək, Ukraynaya aşırı tərəfkeşlik mövqeyi, bu oyunun bir parçası olan Zelenskini ictimai rəyə qəhrəman kimi sırımaq cəhdləri onları obyektivlik qiymətləndirmədən hələ də sapdırır. Ukrayna bu qumarda sadəcə, oyunçudur! Qumarı oynayan yox, oynadan həmişə qazandığından Ukraynanın uduş şansını əvvəldən də minimal edirdi. Rusiyada ötən ilin yayında silahlı çevriliş cəhdi, Priqojinin “Vaqner” çilər uğur qazana bilərdilərsə, bəlkə də Ukrayna savaşdan bu qədər ciddi ərazi itkiləri olmadan da qurtula bilərdi. Amma Priqojin qiyamı baş tutmadı, Putin hakimiyyəti daha da möhkəmlətmək üçün bəhanə qazandı.

21 aydır davam edən savaş təkcə Ukraynanı deyil, Rusiya elitasını da, əhalisini də yorub. Sanksiyalar bərəkətli torpağı, təbii sərvətlər ehtiyatı olan ölkəni tükəndirmədi, amma bu o demək deyil ki, Rusiya bu savaşdan güclənmiş çıxacaq. Rusiyanın xaricdəki bir neçə milyardlıq aktivləri əldən çıxıb, geri qaytarılmasına da ümid yoxdur. Müharibənin hər günü Moskvaya bir neçə milyard rubla başa gəlir, sanksiyalar da öz təsirini göstərib. Müharibə sülhlə bitsə belə, sanksiyalar yaxın illərdə götürülməyəcək. Rusiya ordusu da savaşda bəlkə də təcrübəsini artırıb, peşəkar ordu modeli bir daha yenidən test edilib, amma ciddi itkilər də var, müdafiə sənayesi nəfəs dərmədən işləyir, bəzi vacib müəssisələr belə, məcburi hərbi sənayeyə transformasiya edilib. Müharibənin durdulurması təkcə Ukraynaya deyil, Rusiyaya da vacibdir. Bunu dilə gətirmirlər, öz şərtlərini qəbul etdirməyə çalışırlar, amma Putin də fərqindədir ki, dayanmaq vacibdir. 

Rusiyanın dünyada izqoyu(izolyasiyası) alınmadı, amma Qərb dünyası ilə arasında keçilməsi asan olmayacaq ciddi mənəvi-psixoloji məsafə, tabular yaranıb. Ona görə Rusiyanın bu savaşı qazanacağı halda, dərhal guya “yenlənmiş SSRİ” yaradacağı, postsovet ölkələrini öz bayrağı altında yığacağı, hətta bir neçə qonşu ölkələrə (Litva, Finlandiya və s) hücum edəcəyi, yeni torpaqları ərazisinə qatmaq iştəhasına düşəcəyi haqda deyilənlər reallığa uyğun deyil. Bəzi səbəblər haqda qısa dedik, amma bu, hamısı deyil.

Rusiya müharibədən əvvəl daha güclü idi və ətraf ölkələrə daha çox təsir imkanları vardı. İndi isə məsələn, dünənə kimi “əl quzusu” olan Ermənistanın Rusiyaya ası çıxmasını Moskvanın zəiflədiyi ilə izah edənlər çoxdir. Gümanlara görə isə Rusiya Ukraynada məqsədinə çatarsa, ilk cəzalandıracağ İrəvan olacaq. Amma təhlillər göstərir ki, Rusiyanın İrəvanı “Ukraynasayağı cəzalandıracağı” inandırıcı görünmür. Ermənistana iqtisadi təsir rıçaqları qalır, onları işə sala bilər, amma Ermənistanı Ukraynanın gününə salacağı ciddi gözlənti deyil.

Rusiya iddiaların əksinə, müharibdən çıxardığı ordusunu başqa ölkələrə deyil, xüsusi ehtiyac olmadığı halda bir müddət ortalıqdan belə çəkə bilər. Çünki təkcə ordunun özünə gəlməsinə deyil, Rusiyanın da öz beynəlxalq imicini düzəltəsinə də ciddi ehtiyac var. Rusiyanın işğalçı modundan çıxarmaq əlbəttə ki, çətin olacaq, amma bu rəyin heç olmasa, yumşalmasına cəhdlər etməyə məcburdur. Rusiya yeni təhlükəsizlik modelləri yaratmaqdadır və ətrafındakıların ona “xoxan”, etibarsız müttəfiq, hətta fürsətcil qonşu kimi baxması geostrateji maraqlarına ziddir. 

Rusiya prezidenti “Valday”dakı son çıxışında yaxın 20 ildə dünyanın yeni təhlükəsizlik modelinə, bundan doğacaq mümkün gərginliklər şəraitində yaşamağa hazır olmağa çağırıb. Rusiyanın ərazisini yeni ərazilər hesabına genişləndirməsi müasir tarixdə ancaq Ukrayna hesabına olub. Bunun da səbəbləri haqda Putin yenə də “Valday”da bu barədə suala cavab verdi. Putinin dediyinə görə, o ərazilər tarxi Rusiya əraziləridir və sairə...Rusiyada bəziləri ara-sıra keçmiş sovet respublikaları haqda da bu cür ərazi iddiaları haqda danışıblar. Amma Ukrayna Rusiya üçün fərqli məkandır, ortaq tarixləri digərlərinə bənzəməz...

Azərbaycan - Rusiya münasibətlərinə gəlincə, bu, özəl münasibətlər kateqoriyasına aiddir. Azərbaycan Rusiyaya heç vaxt təhlükə olmayıb, baxmayaraq ki, bunun əksinə olaraq Moskva bizə ikinci müstəqilliyiniz zamanında da ciddi problemlər yaradıb, ərazimizin işğalında Ermənistana hər cür dəstək verib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra geostrateji baxışlarını gizlətmir və türk dünyasına inreqrasiyanı əsas xətti elan edib. Bu isə bəzi Qərb dairələrindən sızdırılan məqsədli dezininformasiyalar rəğmən (guya Türk Dövlətləri Təşkilatı Rusiyanın içərisindəki türk toplumlularınını da birləşdirmək istəyir) Rusiyanın maraqlarını təhdid etmir...(Musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Noyabr 2024 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri