Icma.az
close
up
RU
Rusiya qazının Gürcüstana idxalı Azərbaycandan idxal olunan qazı üstələyib

Rusiya qazının Gürcüstana idxalı Azərbaycandan idxal olunan qazı üstələyib

Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya qazının Gürcüstana idxalı Azərbaycandan idxal olunan qazı üstələyib

Son 18 ildə ilk dəfə olaraq Gürcüstana Rusiya qazının idxalı Azərbaycan qazının idxalını üstələyib.Bu barədə “BPN” xəbər verir.

“Qruzstat”ın xarici ticarət portalında yerləşdirilmiş məlumatlarına görə, 2009-cu ildə (qaz idxalı ilə bağlı məlumatlar bu dövrdə mövcuddur) Gürcüstan 73,923 milyon dollara təbii qaz alıb ki, bunun da 30,890 milyon dolları Rusiyadan, 43,032 milyon dolları isə Azərbaycandan alınıb. Müvafiq olaraq, məlum olur ki, o zaman Gürcüstan bazarında Rusiya qazının payı maksimum 42% olub.

Maraqlıdır ki, uzun illərdir ki, Azərbaycan qazının idxalı Rusiya idxalını ardıcıl üstələyir. Lakin bu il bu nisbət dəyişib.

Statistika Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə Gürcüstanda təkcə qaz idxalının ümumi həcmi deyil, həm də Rusiya qazının payı artıb. O cümlədən, 2025-ci ilin yanvar-mart aylarında Gürcüstan 183,048 milyon ABŞ dollarına qaz alıb ki, bunun da 100,647 milyon dolları Rusiyadan alınıb ki, bu da ümumi idxalın 55%-ni təşkil edir. Azərbaycandan idxal 82,401 milyon dollar təşkil edib.

Qeyd edək ki, Rusiyada təbii qazı “Gürcüstan Neft-Qaz Korporasiyası” alır və sonradan onu hərracda satır. Rusiyadan yanacaq istehlak edənlər kommersiya müəssisələridir.

2024-cü ilin yayında Gürcüstan İqtisadiyyat Nazirliyi “Qazprom”dan alınan qazın yalnız kommersiya sektoru tərəfindən istehlak edildiyini açıqladı,yəni əhalinin qazla təminatı rus qazından asılı deyil. Eyni zamanda onlar etiraf etdilər ki, Azərbaycan qaz kəmərlərindən birinin gücünü artıra bilər ki, bu da Gürcüstana daha çox qaz almaq imkanı verəcək.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 06 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see181

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri