Icma.az
close
up
RU
“Tramp Avropanı sülh prosesindən kənarda qoyur“ “Le Monde“

“Tramp Avropanı sülh prosesindən kənarda qoyur“ “Le Monde“

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Vaşinqtonun yeni xətti Ukrayna üçün riskləri artırır..."

Tramp administrasiyası Ukrayna üzrə sülh prosesini Avropanı oyundan çıxararaq aparır və bu, həm Kiyevdə, həm də Avropada ciddi narahatlıq doğurur.

Moderator.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri yazıb.

ABŞ Avropanı danışıqlardan uzaqlaşdırır

Kreml müşaviri Dmitriyev bildirib ki, ABŞ-Rusiya arasında müzakirə olunan "sülh planı" Moskvaya uyğunlaşdırılıb və Cenevrədəki üçtərəfli görüşün nəticələri Vaşinqton tərəfindən faktiki nəzərə alınmayıb.

Ukrayna mənbələri deyir ki, ABŞ Rusiyanın tələblərinə uyğun bir sıra maddələri onlarla müzakirə edib və Kiyevdən tam məxfilik istəyib. Üstəlik, Tramp emissarları Brüsselə gəlmək əvəzinə Zelenskinin nümayəndələri ilə Floridada qapalı görüş keçiriblər.

Vaşinqton Rusiyaya təzyiqi azaldır, Avropa xəyanət təhlükəsini hiss edir

Tramp müharibədə kimin təcavüzkar, kimin qurban olduğuna əhəmiyyət vermir və Zelenskini "fevralda razılaşma bağlamadığına görə" tənqid edir. ABŞ həmçinin "Lukoyl"a qarşı sanksiyaların bir hissəsini dayandırıb, bu isə Rusiyaya maliyyə təzyiqini zəiflədir.

"Der Spiegel"in yayımladığı danışıqlarda Makronun ABŞ-ın "Ukraynanı ərazi məsələsində tək buraxa biləcəyini" deməsi Avropada şok yaradıb. Paris bunu təkzib etsə də, narahatlıq qalır.

Avropa liderləri həmçinin Uitkoff və Kuşnerin Rusiyaya biznes gözü ilə baxmasını təhlükəli sayır. Finlandiya prezidenti Stubb xəbərdar edir: "Ukraynanı bu şəxslərlə tək buraxmaq olmaz".

Avropanın təsir imkanları və yeni reallıq

"Le Monde" yazır ki, Avropa hələlik ABŞ-ın Rusiyanın prosesləri blokladığını başa düşməsini gözləməli olacaq. Bununla yanaşı, qitənin müəyyən təsir imkanları var: ABŞ Ukraynanın NATO və Avropa İttifaqı məsələsində təkbaşına qərar verə bilməz.

Bundan əlavə, Avropa 210 milyard avroluq Rusiya aktivlərini müsadirə etməklə Ukraynaya uzunmüddətli yardımın maliyyəsini təmin edə bilər, baxmayaraq ki, hüquqi maneələr çoxdur.

Bu arada ABŞ strategiyasındakı sərt anti-Avropa ritorikasının qitədə radikal sağ partiyalar tərəfindən alqışlanacağı gözlənilir. "Le Monde"a görə, Trampın Avropanı prosesdən sıxışdırması sülh mexanizmini daha da mürəkkəbləşdirir və Ukrayna üçün riskləri artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri