Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Rusiya qoşunları Suriyanın şimalında yerləşən bazalarını tərk edib.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Vaşinqton Post nəşri yazıb.
Nəşr qeyd edir ki, söhbət Menbiç və Kobanidəki iki hərbi obyektdən gedir.
“İlk baza əvvəllər ABŞ hərbçilərinə məxsus idi, 2019-cu ildə onlar getdikdən sonra Rusiya qoşunları tərəfindən ələ keçirildi. Rusiya hərbçiləri ərazidə patrul xidməti apararkən, buradan post kimi istifadə edirdilər. Kobanidəki baza Türkiyə-Suriya sərhədində atəşkəs razılaşmasına nəzarət etmək üçün istifadə edilib. Rusiya hərbçiləri Ankara və Moskva arasında 2020-ci ilin martında bağlanmış müqavilə çərçivəsində bura yerləşiblər”, - məlumatda bildirilib.
Baxış sayı:117
Bu xəbər 10 Dekabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















