Icma.az
close
up
RU
“Rusiya raketləri Avropaya 5 dəqiqəyə çata bilər“ NATO baş katibindən xəbərdarlıq

“Rusiya raketləri Avropaya 5 dəqiqəyə çata bilər“ NATO baş katibindən xəbərdarlıq

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Rusiya bütün Avropa üçün ciddi təhlükə yaradır..."

NATO-nun baş katibi Mark Rütte Rusiyanın Avropa üçün ciddi təhlükə yaratdığını açıq şəkildə bəyan edib. O, bildirib ki, Rusiya raketləri cəmi 5-10 dəqiqəyə Haaqaya və digər Avropa paytaxtlarına çata bilər.

Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

Məlumatda deyilir ki, Rütte bu açıqlamanı Lüksemburqda keçirdiyi mətbuat konfransında edib. O, həmçinin Ursula fon der Lyayenin olduğu təyyarədə baş verən GPS nasazlığını da xatırladaraq, Rusiyanın hibrid hücumlarda əsas şübhəli olduğunu vurğulayıb.

"Bunlar kiçik təxribatlar deyil"

Rütte deyib: "Hibrid" sözü xoş səslənsə də, əslində bu, çox təhlükəlidir: mülki aviasiyanın fəaliyyətinə maneələr, NATO ölkəsində iş adamına sui-qəsd, Britaniyada səhiyyə sisteminə kiberhücum - bunlar hamısı böyük təsir gücünə malik hadisələrdir".

Onun sözlərinə görə, müdafiə xərclərinin artırılması Trampa görə yox, məhz Rusiyadan gələn təhlükənin artması ilə bağlıdır. "Biz düşünürük ki, Rusiyadan uzaqdayıq, amma əslində çox yaxınıq. Moskvanın ən yeni raket texnologiyaları sayəsində Litva ilə Lüksemburq, Haaqa və Madrid arasında fərq sadəcə 5-10 dəqiqəlik məsafədir", - o, əlavə edib.

Ukraynanın təhlükəsizliyi və Qərbin rolu

Rütte qeyd edib ki, uzunmüddətli sülh üçün təkcə güclü Ukrayna ordusu deyil, həm də ABŞ, Avropa və digər müttəfiqlərin real təhlükəsizlik zəmanətləri lazımdır: "Əgər Ukrayna ikitərəfli və ya üçtərəfli razılaşmalara gedəcəksə, onun arxasında sarsılmaz dəstək dayanmalıdır. Bu, Rusiyanın hər hansı müqaviləni pozmasının qarşısını alacaq və Ukraynaya yenidən hücum etməsinə imkan verməyəcək".

Lakin baş katib etiraf edib ki, bu proses hələ ilkin mərhələdədir. Onun sözlərinə görə, diqqət hazırda iki istiqamətə yönəlib: Zelenski və Putini müzakirələrə yaxınlaşdırmaq və eyni zamanda ABŞ ilə Avropa arasında uzunmüddətli təhlükəsizlik zəmanətləri barədə razılığa nail olmaq.

"Təhlükə realdır"

Ukraynanın ABŞ və Fransadakı keçmiş səfiri Oleq Şamşur isə hesab edir ki, Rusiya tərəfindən NATO ölkələrinə hücum ehtimalı tamamilə realdır. Onun sözlərinə görə, məsələ "baş verəcəkmi" yox, "nə vaxt baş verəcək" sualıdır.

Məhz buna görə də Avropanın müdafiə sənayesi sürətlə genişlənir. "Financial Times" nəşri yazır ki, Avropa zavodları artıq əvvəlkindən üç dəfə sürətlə silah istehsalını artırır. Bu isə həm Ukraynaya dəstəyin davamlılığını təmin etmək, həm də öz arsenalını bərpa etmək məqsədi daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri