Icma.az
close
up
RU
Rusiya rəsmisinin Azərbaycana rəsmi səfərinin barışıq kimi tirajlanması informasiya manipulyasiyasıdır

Rusiya rəsmisinin Azərbaycana rəsmi səfərinin barışıq kimi tirajlanması informasiya manipulyasiyasıdır

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib. Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) iclasında iştirak etmək üçün səfər edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, gündəliyin əsas məsələsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibinin seçilməsidir. Hazırda ICDO öz platformasında 60-dan çox ölkədən təcili yardım xidmətlərini birləşdirir. Rusiya Fövqəladə Hallar Nazirliyi 1993-cü ildə təşkilata üzv olub. 2025-ci ilin yanvarından Roman Lapin ICDO-nun baş katibinin səlahiyyətlərini icraçısı təyin edilib. Kreml bildirib ki, Moskva və Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır.

Moskva ilə Bakı arasında münasibətlər iyunun sonunda, Rusiyada azərbaycanlıların kütləvi saxlanmasından sonra pisləşib. Azərbaycan Xarici İşlər Nazirliyi reydlərdən sonra ölən və yaralananların olduğunu bildirərək, Rusiyaya “kəskin etiraz”ını bildirib. Baş verənlərin fonunda, bəzi mətbu orqanları bu səfər haqqında yazarkən “Rusiya ilə barışıq oldu” başlığı çıxarır və bunu bilərəkdən tirajlayırdılar. Etiraf edək ki, bəzən qələm və ya klaviatura naşıların da əlinə keçə bilir...

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Federasiyasının fövqəladə hallar naziri Aleksandr Kurenkovun Bakıya gəlməsi bir çoxlarında təəccüb doğurur və müəyyən mülahizələr səsləndirilir. Ancaq bilmək lazımdır ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında bir çox hüquqi normativ sənədlər, sazişlər imzalanıb və münasibətlərdə müəyyən soyuqluğun olmasına baxmayaraq, biz Rusiya Federasiyası ilə düşmən mövqeyində deyilik, münasibətlər davam edir.

Tahir Rzayev

Deputat qeyd edib ki, münasibətlərin korlanmasında müəyyən səbəblər var və bu səbəblərin aradan qaldırılması çox vacibdir: “Azərbaycan Rusiya Federasiyasına və rus millətinə qarşı həmişə sağlam mövqedə olub, Rusiyanın mənafeyi üçün müəyyən güzəştlərə gedib və rus xalqına özünün böyük hörmətini daim ifadə edib”.

Tahir Rzayev hesab edir ki, bundan sonra da münasibətlərin davam etməsi hər iki dövlət üçün əhəmiyyətlidir.

“Rusiyada olan müəyyən dairələr, sözsüz, bu münasibətlərə kölgə salmaq üçün cəhdlər göstərirlər və bəzi xoşagəlməz halların baş verməsi də bundan qaynaqlanır. Ancaq Kurenkovun Bakıya gəlməsi Beynəlxalq Müdafiə Təşkilatı İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak etməsi ilə əlaqədardır və o sessiyada da iştirak edib. Hətta sədrlik də edib. Hər iki nazirlik arasında əməkdaşlıq var və bu gün də bu əməkdaşlıq davam edir. Ancaq bəzi mətbuat orqanları bu gəlişə don geyindirirlər müəyyən mülahizələr söyləyirlər. Bunun Rusiya ilə bir barışıq olduğunu qeyd edirlər, tirajlayırlar. Burada qəbahət nə var ki, aparıcı nazirdir. Rusiya cəmiyyətində böyük hörmətə malikdir. Belə adamın Bakıya gəlməsi və çox mühüm bir tədbirdə iştirak etməsi, həm də Rusiya-Azərbaycan münasibətlərinin yaxşılığına səy göstərilməsi əslində yaxşı qiymətləndirilməlidir. Burada heç bir qəbahət yoxdur. Bütün münaqişələri, danışıqlar, münasibətlər həll edir. Ona görə də yerli və xarici bəzi mətbuat orqanlarının lazım olmayan fikirləri səsləndirməsi, onları tirajlandırması adi hal alıb. Bu, düzgün bir mövqe deyil”-deyən deputat vurğulayıb ki, barışıq, güzəştə getmək və ya səhvləri etiraf etmək böyüklükdür.

Tahir Rzayev bildirib ki, əgər doğrudan ortada hər hansı bir nöqsan, hər hansı bir səhv varsa, onu düzəltməyə cəhd göstərmək və münasibətləri yaxşılaşdırmağa qol qoymaq bir böyüklük sayılır, eyni zamanda ölkələrin xalqlarına bir töhfədir.

“Mən istərdim ki, yerli və xarici mətbuat da reallıqları daha dərindən öyrənsin və hadisələrə obyektiv qiymətini versin. Adi bir nöqsanı şişirtmək, kiminsə gəlişini bir qəbahət kimi və ya bir acizlik kimi və yaxud bir əyilmək kimi qiymətləndirmək düz olmazdı. Ona görə də nazirlərin, dövlət rəhbərlərinin, ictimai xadimlərin, jurnalistlərin hadisələrə obyektiv və real baxımdan yanaşmaları dünyada sülhün, əmin-amanlığın və demokratiyanın bərpasına bir töhfə ola bilər. Hər kəs də bu sahədə öz təşəbbüsünü irəli sürməli, öz səylərini ortaya qoymalıdır”-deyə Tahir Rzayev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 İyul 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri