Icma.az
close
up
RU
Rusiya Rəsmlərinin Azərbaycana Qarşı Ritorikası: İtirilən Hegomoniyanın “Ayıltma Əməliyyatı

Rusiya Rəsmlərinin Azərbaycana Qarşı Ritorikası: İtirilən Hegomoniyanın “Ayıltma Əməliyyatı

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Qafqazda son beş ildə baş verən əsaslı geosiyasi dəyişikliklər,xüsusilə Azərbaycanın 2020-ci ildə Qarabağ üzərində hərbi və diplomatik qələbəsi, bölgənin güc balansını tamamilə yenidən formalaşdırdı.Bu yeni reallıqla Rusiya Federasiyası-tarixi imperiya vərdişlərindən əl çəkməyən regional güc -Azərbaycana qarşı ritorikasında daha açıq tənqid, təhdid və təsir etmə cəhdlərinə meyl göstərməyə başlayıb. Bunun fonunda Azərbaycan isə “Ayıltma Əməliyyatı” adlandırıla biləcək bir strategiya ilə bu basqılara qarşı rasional və suveren mövqe nümayiş etdirir.
Rusiya Rtorikasının səbəbləri.

Geosiyasi “Paxmel” və İtirilmiş Mövqelər. Rusiya rəsmlərinin bəzən emosional, bəzən isə açıq-aşkar təhdid xarakterli çıxışları, Kremlin postsovet məkanında azalan təsirinin “siyasi paxmeli” kimi yozula bilər. Cənubi Qfqazda balans artıq onların xeyrinə deyil və bu xüsusilə Azərbaycan-Türkiyə ittifaqının güclənməsi ilə daha da dərinləşir.

Sülhməramlıların Missiyası və Bitən İmtiyazlar. Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti 2025-ci ildə rəsmən başa çatır. Azərbaycan isə bu prosesin öncədən idarəli şəkildə yekunlaşmasını təmin etdi. Bu, faktiki olaraq Moskvanın bölgədəki hərbi varlığına və siyasi manevr imkanlarına son qoydu.
İctimai və Media Manipulyasiyası. Rusiya mediası Azərbaycana qarşı tez-tez təxribatçı materiallar yayır. Mətbuat və ekspert camiəsində Azərbaycanın suveren siyasətinə qarşı “panik siqnalları” yaradılır. Bu kampaniyanın məqsədi həm daxili auditoriyanı konsolidasiya etmək, həm də Bakı üzərində psixoloji basqı yaratmaqdır.
Azərbaycan bu ritorikaya emosional yox, sistemli və çoxölçülü, strateji cavab verir. Bu, təzyiq altında refleksə yox, planlı siyasi xəttlə cavab verən bir dövlətin nümunəsidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya rəsmlərinin çıxışlarına operativ şəkildə cavab verir. Bəyanatlarda əsas vurğu Azərbaycanın daxili işlərinə qarışılmasının yol verilməz olduğudur. Bu, suverenliyin qırmızı xətt kimi qorunduğunu göstərir.

Türk Dövlətləri Təşkilatında Azərbaycanın fəallığı, Türkiyə ilə hərbi ittifaq (Şuşa Bəyannaməsi) Qazxıstan və Özbəkistanla enerji və lojistika sahələrində əməkdaşlıq – bütün bunlar Moskva üçün alternativ regional güc mərkəzinin formalaşması deməkdir.
Azərbaycan ictimaiyyəti və medianın Rusiya ritorikasna qarşı sərt və analitik yanaşması formalaşıb. Rusiya rəsmlərinin bəyanatları faktlarla ifşa olunur, ictimai rəydə “artıq keçmiş imperiyaya sonsuz nifrət” çağırışları güclənir.

Sonda Rusiya rəsmlərinin sərt ritorikası Azərbaycanın daha müstəqil və prinsipial xarici siyasət yürütməsinə qarşi zəiflikdən doğan bir isterik reaksiyadır. Bu, həm də Moskvanın bölgədəki əvvəlki dominatlıq illərinin nostaljisi fonunda baş verir. Azərbaycan isə bu təzyiqlərə cavab olaraq emosional populizmə yox, diplomatik rasionalizmə, regional inteqrasiyaya və milli konsolidasiya siyasətinə əsaslanır. Bu, yeni dövrün oyun qaydaları ilə oynamağı bacaran bir dövlətin davranış modelidir.

QMHİB-nin sədri Həsən Qarayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Avqust 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri