Icma.az
close
up
RU
“Qurban olum, Rusiya, üzr istə” ritorikası...

“Qurban olum, Rusiya, üzr istə” ritorikası...

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

3 gündür bu ölkədə hər kəs “ağıllı”, “müdrik”, “uzaqgörən”, “anlayışlı” olub: hər kəs Qroznıda baş verən insidenti – təyyarəmizin Rusiya hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulmasının “təsadüf” olmasını “anlayan” çıxıb, Rusiya kimi nəhəng dövlətlə ehtiyatlı davranmaq lazım gəldiyi haqda danışıb-düşünüb, Kremldən “üzrxahlıq” istəyir.

Dövlət siyasəti, qonşularla münasibət, dövlət ağlı, uzaqgörənliyi ayrıdır, ekspert, ictimai rəy, cəmiyyətin baxışı tamamilə fərqlidir!

“Dərin dövlət” hansı strategiya ilə, hansı addımlar atıb, atır və atacaq – özü bilər!

Siz niyə “müdrik”cəsinə davranırsınız ki?

Jurnalistlər, bir politoloqun sözləri ilə desək, ömürlərində bir dəfə AZAL-la uçmayanlar tökülüblər efirə, şərhlər, analizlər, təhlillər aparıb, dərhal da “anlayışlı” davranıb, Putinin üzr istəməsi ilə “məsələnin həll oluna biləcəyin”dən bəhs edirlər.

Sanki Putinin, Rusiyanın, Kremlin üzrünə möhtacıq!

Kreml sözçüsü də “günahımız sübut olunarsa, üzr istəyəcəyik” deyə adi bir diplomatik jest belə etmir!

Kənardan necə göründüyümüzün fərqindəsinizmi?

Rusiya faktiki olaraq dəhşətli bir cinayət işləyib: hava limanını bağlamayıb, ora yaxınlaşan AZAL təyyarəsinə iki dəfə enməyə izn verməyib, amma enişə izn verməməsinin səbəbini də açıqlamayıb, təyyarəni təhlükəli ərazidən uzaqlaşdırmayıb, xəbərdarlıq etməyib, başqa limana yönəltməyib. Əvəzində AZAL təyyarəsi dövrə vurub, üçüncü dəfə hava limanına eniş üçün qayıdarkən “Pantsir” zərbəsi endirilib; bunun ardınca isə yaxınlıqdakı heç bir hava limanına enməyə imkan verməməklə, Rusiya hava məkanından qovulub, insanlar ölümə tərk edilib!

Qroznı qülləsində oturanlar və onlara komanda verənlər təyyarədə rus vətəndaşların olmasını veclərinə belə almayıblar – zatən bu ölkə öz vətəndaşlarının qədrini bilmir, heç vaxt bilməyib, bilməyəcək də! Rusiya imperiya ambisiyalarına hər zaman öz insanlarını qurban verib və bu ölkədə sovet vaxtından insanın qiyməti “72 qəpik” olub – gənclər bu barədə sovet dövrünü görmüşlərdən soruşa bilərlər.

Bu, mülki təyyarəyə qarşı aktdır, onlarla insanı ölümə atmaqdır!

Rusiya hələ araşdırma aparmır; Çeçenistan hadisəni aydınlaşdırmaq üçün komissiya yaratmayıb; bu hadisəyə məsul şəxslər istintaqa cəlb edilməyib və Azərbaycana istintaq aparılması, mütəxəssislərin göndərilməsi üçün müraciət edilməyib!

Rusiya Azərbaycana qarşı “strateji müttəfiq” kimi davranmayıb və düşünüb ki, rəsmi Bakı bu cinayətin ört-basdır edilməsində rol alacaq, hətta buna borcludur!

Yalnız İlham Əliyev Sankt-Peterburqa eniş ərəfəsində hadisə haqda məlumat alan kimi geri dönəndən; təyyarədə ikən tapşırıq və göstərişlər verəndən; yalnız İlham Əliyev bu xalqın heç bir fərdinin alver predmeti olmadığını və olmayacağını böyük iradəsi ilə ortaya qoyandan, matəm elan edəndən sonra vəziyyət dəyişdi!

Bir anlıq düşünün: Qaraheybət faciəsində bu ölkənin neçə zabiti həlak oldu? Nə qədər böyük faciə idi? O zabitlərin yetişməsi üçün neçə il, onil lazım idi?

Ancaq Azərbaycan matəm elan etmədi – çünki qəza idi, ölkə daxilində baş verən hadisə idi!

Ancaq indi İlham Əliyev səfərdən yarımçıq geri qayıdır və dərhal da matəm elan edir!

Mənzərəni təsəvvür edirsinizmi?

İlham Əliyev Azərbaycana qayıdana və müşavirə keçirənə qədər “5-ci kolon” ayrı hava çalırdı – xatırlayırsınızsa!

Bu ölkənin mediada olanlarının, politoloqlarının, ictimai xadimlərinin, elə dövlət məmurlarının da heç də hamısı İlham Əliyevin nə boyda olduğunu təsəvvür etmir!

Heç İlham Əliyevin miqyasını, iradəsini, dövlət ərkanını və dövlətin, xalqın, xalqının bircə vətəndaşının belə ləyaqətini qorumaq üçün hər şeyi etməyə hazır olduğunu, deyəsən, qonşu ölkələrdən bəziləri də anlaya bilmir!

Yüz minlərlə insanı ət maşınına göndərənlər əlbəttə ki, İlham Əliyevin 25 vətəndaşına görə “hər şeyə yenidən baxmağa” hazır olduğunu təsəvvür etməzlər!

Özümüzü Şuşaya, Xankəndiyə, bütövləşmiş Azərbaycana layiq aparmağı, İlham Əliyevin həcminə uyğun davranmağı öyrənmək üçün çox gecikirik!

Rusiyadan heç bir üzr xahişi yoxdur, tələb var:

Rusiya istintaq qrupu yaratmalı, ora Azərbaycan mütəxəssisləri cəlb edilməli, günahkarların hamısı son nəfərinə qədər həbs edilməli, bütün olay gün işığına çıxarılmalıdır, yalnız bundan sonra beynəlxalq tələblərə uyğun öhdəliklər yerinə yetirilməlidir!

Əks halda Azərbaycanın hansı tədbirlər ala biləcəyini kimsə düşünə bilir, yoxsa doğrudan da Rusiyaya xəritədə baxıb, “dostluqdan başqa çarə olmadığını” düşünməyə davam edir?

Azərbaycan beynəlxalq hüquqa uyğun addımlara başlayarsa, Avropanın və ABŞ-ın Bakıya necə dəstək verəcəyini və bundan öz məqsədləri üçün necə istifadə edəcəyini təxmin edə bilərsiniz – necə ki, ABŞ artıq “yardım etmək istəyində” olduğunu rəsmi Bakıya rəsmən çatdırdığını deyir!

Azərbaycan NATO-nun ən qüdrətli ikinci ordusunun himayəsi altındadır: kimsə Azərbaycana qarşı heç bir təşəbbüsə cəhd edə bilməz!

Türkiyə məhz buna görə bu gün mütəxəssislərini Bakıya göndərir!

Hakan Fidan məhz buna görə ötən gün meydanoxuyurcasına açıqlama verdi!

Azərbaycan Cənubi Qafqazın taleyini həll edən regional aktordur və Rusiya hələ də Cənubi Qafqazda boy göstərirsə, bu yalnız Azərbaycanın şimal qonşusunun da maraqlarını nəzərə almasına görədir!

Azərbaycana Qərbin bütün təzyiqləri, şərləmələri, böhtanları məhz qonşularının maraqlarına hörmət etməsinin nəticəsidir. Azərbaycan ona görə qonşularına hörmət edir ki, qarşılıqlı hörmət görsün, etinasızlıq, vassal kimi davranmaq, Azərbaycanla İnquşetiya kimi əlaqə qurmaq yox!

Kremlin Peskovun dili ilə aşağılayıcı ritorikası artıq bütün sədlərin keçilməsidir!

Ona görə kənardan yalvarmaq kimi görünən ritorikanı bitirin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Dekabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri