Icma.az
close
up
RU
ABŞ kəşfiyyatının “Xədicə İsmayıl” əməliyyatı Azərbaycana qarşı növbəti həmlə TƏFƏRRÜATLAR KONKRET

ABŞ kəşfiyyatının “Xədicə İsmayıl” əməliyyatı Azərbaycana qarşı növbəti həmlə TƏFƏRRÜATLAR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar ABŞ öz rəqiblərinə müxtəlif cinahlardan zərbələr endirməklə məşğuldur.  İstər iqtisadi, istər hərbi, istərsə də siyasi müstəvidə aparılan mübarizələrdən əvvəl müxtəlif institutlar həmin məsələni araşdırır və onun icra müxanizmiləri ciddi şəkildə təhlil edildikdən sonra əməli işə keçilir. ABŞ-nin gücü məhz bundadır və dünyanın müxtəlif regionlarındakı münaqişələr vahid mərkəzdən idarə olunur. ABŞ öz strateji maraqlarını təmin etmək üçün milyardlarla dollar vəsait xərcləyir.  İndi  ABŞ Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi – OCCPR-dən də rəqiblərinə qarşı istifadə olunur. Bu fakt Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrlərinin birgə araşdırmasından sonra öz təsdiqini tapıb.

Təşkilatın əsas məqsədi ABŞ kəşfiyyatının ötürdüyü məlumatların araşdırmaçı jurnalist məhsulu kimi təqdimatıdır. Əslində bu, ABŞ-nin xarici siyasətini müəyyən edən əsas kursdur və “araşdırmaçı jurnalist”lər bu işdə mühüm “rol” oynayır. ABŞ-nin Cənubi Qafqaz siyasətində də bu layihədən geniş istifadə olunur. Erməni maraqlarını müdafiəsi, ermənipərəst konqresmen Samanta Pauerin OCCPR-i  “tərəfdaş qurum” hesab etməsi, hazırda təşkilatın əməliyyatlarını daha bir ermənipərəst konqresmenin-Şennon Maquayrinin  kurasiya etməsi buna sübutdur.

Araşdırmalar göstərir ki, OCCRP-in büdcəsi  Avropa İttifaqı, xüsusilə ABŞ-dan aldığı vəsait hesabına formalaşıb.  Azərbaycanla bağlı “araşdırmalar” aparan OCCRP əsasən əlinin altında saxladığı “vasitələrdən” geniş istifadə edir. Onlar xarici ölkələrdə sığınacaq alan azərbaycanlılardan yararlanmaqla öz maraqlarını təmin edir. Bu maraqlar nədir və bunların arxasında nə dayanır? ABŞ-nin Azərbaycana qarşı münasibəti birmənalı deyil və zaman- zaman biz bunun şahidi olmuşuq. Ermənistanın maraqlarını daim üstün tutan ABŞ daim Azərbaycana qarşı ittihamlarla çıxış edib. Hələ 1992-ci ildə Ermənistan Azərbaycan ərazilərini işğal edəndə ABŞ Konqresi Azərbaycana qarşı sanksiya tətbiq etməklə yeni mərhələnin əsasını qoydu.

Arxada qalan 32 il ərzində Vaşinqtonun ölkəmizə qarşı davranışı 907-ci düzəliş qədər idi. Azərbaycana maliyyə yardımını dayandıran ABŞ Ermənistanı dəstəkləməklə kifayətlənmir, Azərbaycan ərazisindəki separatçılara da maliyyə yardımı göstərirdi. Daha sonra Azərbaycanın daxili işlərinə müdaxilə edən Vaşinqton ölkəmizi müxtəlif məslələrə görə ittiham edir və erməni kartı ortaya atılırdı. İndi ABŞ-də fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olan bəzi konqresmenlər Azərbaycanla bağlı yalan məlumatlar yayır və qərəzli bəyanatlar verirlər. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi-OCCRP Azərbaycanla bağlı qərəzli bəyanatlar hazırlayır. OCCRP-yə “yardım” edən Xədicə İsmayılı isə hər birimiz yaxşı tanıyırıq.

Bütün dövrlərdə düşmən dəyirmanına su tökən bu adam yenə öz ampulasındadır. Xədicə İsmayıl təkcə sifariş yerinə yetirmir, hətta müəyyən materiallarda yalnız imzasının istifadəsinə razılıq verməklə öz mahiyyətini bir daha ortaya qoyur. Təbii ki, bunların heç biri havayı deyil və X. İsmayıla külli miqdarda ödəniş olunur. Deməli, Vətəni 5-10 dollara satanları da OCCRP-də dərhal tapırlar. Aparıcı informasiya vasitələrini öz oyununa cəlb edən  OCCRP ABŞ Dövlət Departamentindən aldığı sifarişlə Bakıda keçirilən COP29-u da hədəfə almışdı. Azərbaycanı gözdən salmaq, ölkəmizin imicinə zərbə vurmağa çalışan qüvvələr  əsasən “Vaşinqton Post”, “Qardian” və  CNN kimi media şirkətlərinin fəaliyyətindən yararlanırdılar. Amma onların fəaliyyəti nəticəsiz qaldı və COP29 öz işini uğurla başa çatdırdı. İndi ölkəmizə qarşı yeni kompramatlar hazırlayan OCCRP-in növbəti “zəhməti” də hədər gedəcək. Onlar yalnız iri layihələrdən pul qoparmanın yollarını Azərbaycana böhtan atmaqda axtarırlar. Keçmiş olsun.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri