Icma.az
close
up
RU
Rusiya “Rus Evi”nin Azərbaycanda fəaliyyətinin işfa olunmasından narazıdır Analiz

Rusiya “Rus Evi”nin Azərbaycanda fəaliyyətinin işfa olunmasından narazıdır Analiz

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fuad Abbasov: "Sergey Mantsayev hansısa hüquqi əhəmiyyəti olmayan açıqlamalar verir"


Rusiyada olan bütün Azərbaycan vətəndaşlarının qovulması, Rusiya vətəndaşı olan azərbaycanlıların isə həbs edilib, "Novaya Zemlya"ya göndərilməsi təklif olunub. Belə bir təkliflə hər zaman nifrət dolu açıqlamaları ilə tanınan ictimai fəal Sergey Mantsayev çıxış edib. O, Bakıda Rus Evinin bağlanmasına cavab olaraq bütün Azərbaycan vətəndaşlarının deportasiyasını təklif edib. Həmçinin qeyd edib ki, Rusiya vətəndaşı olmayan bütün azərbaycanlıları ölkədən çıxarmaq lazımdır. İkincisi, bütün diaspor üzvləri həbs olunmalı və "Novaya Zemlya"ya göndərilməlidir. Üçüncüsü isə biz Azərbaycan hakimiyyəti ilə daha möhkəm işləməliyik. 

Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, bütün bunların hamısı AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra gündəmə gələn neqativ halların nəticəsidir:


“Sergey Mantsayev hansısa hüquqi əhəmiyyəti olmayan açıqlamalar verir. Sadəcə olaraq ictimai rəy formalaşdırmaqla məşğuldur. Bu ictimai rəy isə xüsusilə “Rus Evi”nin bağlanma təhlükəsiylə üz-üzə qaldığı bir dönəmə rast gəlir. Xatırlatmaq lazımdır ki, 2001-ci ildə Rusiyada Ulu Öndər Heydər Əliyev və dönəmin prezidenti Vladimir Putin tərəfindən əsası qoyulan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlanıb. Moskvada və Rusiyanın müxtəlif bölgələrində fəaliyyət göstərən Azərbaycan icma evləri fəaliyyətini dayandırmışdı. Lakin həmin hadisələrdən sonra Azərbaycanda yaşayan ruslara qarşı hansısa addım atılmadı. Azərbaycan bunu hüquqi proses kimi qiymətləndirdi və hansısa siyasi don geyindirmədi”.


Ekspert bildirib ki, hazırda Rusiya hər kəsin dünyada casus şəbəkəsi kimi tanıdığı “Rus Evi”nin Azərbaycanda fəaliyyətinin işfa olunmasından narazıdır:

““Rus Evi”nin fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər Rusiyanın Azərbaycanla bağlı planlarına maneə olub. Sözügedən hadisə həm Rusiya, həm də “Rus Evi”ndən pul qazanan insanlara narahatlıq verir. Rusiya bununla sanki Azərbaycandan qisas almağa çalışır. Azərbaycan vətəndaşları Rusiyada qanuni qaydada qeydiyyatdan keçdikdən sonra onlar üçün heç bir təhlükə yoxdur. Təyyarə qəzasından və “Rus Evi”nin bağlanma məsələsi olmazdan əvvəl qeydiyyatdan keçməyən vətəndaşlara ya ölkənizə qayıdın, ya da Ukraynaya qarşı vuruşaraq vətəndaşlıq alın şəklində təkliflər edilirdi. Rusiya dövlət səviyyəsində onsuz da bütün miqrantlara qarşı fəaliyyət başladıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Fevral 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri