Rusiya səfiri: Ermənistanın təhlükəsizliyini rus ordusu təmin edir
Icma.az, Sherg.az saytına istinadən bildirir.
"Qərbin vədləri heç vaxt heç kimin təhlükəsizliyini təmin etməyib".
Teleqraf xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli “24News” portalına müsahibəsində belə deyib.
O bildirib ki, Qərbdən fərqli olaraq, İrəvanla Moskva arasında razılaşmalar var və 102-ci Rusiya hərbi bazası Ermənistanda yerləşir.
Diplomat deyib: “Mən bildiyimə görə, Qərb və ümumiyyətlə heç kim Ermənistana, Rusiya-Ermənistan münasibətlərindəki olduğu kimi, təhlükəsizlik zəmanəti verməyib. Hər halda, mən heç bir sənəd və ya bəyanat görməmişəm”.
Kopırkin vurğulayıb ki, Moskva ilə Ermənistan arasında təhlükəsizlik sahəsində əsas razılaşmalar qüvvədə qalır və Rusiya hərbçilərinin oranı tərk etmək niyyəti yoxdur. Üstəlik, onların, eləcə də Rusiya sərhədçilərinin mövcudluğu Ermənistan rəhbərliyi tərəfindən müsbət qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 05 Mart 2025 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















