Rusiya “ŞimalCənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit daşımaların inkişafı haqqında Saziş layihəsini təsdiqləyib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Moskva, 19 dekabr, AZƏRTAC
Rusiya Federasiyası Hökuməti Rusiya və Azərbaycan arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımalarının birgə inkişafı haqqında Sazişin layihəsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Mixail Mişustin sərəncam imzalayıb.
Sənəddə qeyd edildiyi kimi, Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun potensialını artırmaqdır.
Sənəd, həmçinin dəmir yolu infrastrukturunun yenilənməsindən sonra hər il Rusiyadan Azərbaycana daşınmalı olan yüklərin həcmini müəyyən edir. 2028-ci ildən minimum göstərici 5 milyon ton təşkil edəcək, bundan sonra isə hər il 15 milyon tona çatacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 19 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















