Icma.az
close
up
RU
Rusiya şokda: Makron və Starmer ABŞ a görün hansı planla gedirlər

Rusiya şokda: Makron və Starmer ABŞ a görün hansı planla gedirlər

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, gələn həftə Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron Amerika Birləşmiş Ştatlarına səfər edəcəklər. Britaniyalı siyasətçi ABŞ prezidenti Donald Trampa Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi planını təqdim edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə "The Telegraph" yazır.

Sözügedən yerləşdirmə 30 000 avropalı əsgərdən azdır. Böyük Britaniyanın baş nazirinin Avropa qoşunlarının Trampın vasitəçiliyi ilə istənilən atəşkəsə əməl olunmasını necə təmin edə biləcəyini ətraflı izah edəcəyi gözlənilir.

Starmer həmçinin Trampı “Rusiya hər hansı atəşkəsin şərtlərini pozarsa, öldürücü güclə cavab vermək” üçün Şərqi Avropada ABŞ qırıcılarını və raketlərini hazır vəziyyətdə saxlamağa çağıracaq.

Bundan əvvəl Pentaqonun rəhbəri Pit Heqset bəyan etmişdi ki, Ukraynada istənilən sülhməramlı əməliyyatlara görə bütün məsuliyyət Avropa və Kanadanın üzərinə düşəcək. Starmer iddia edəcək ki, döyüşlər bitdikdən sonra Rusiyanın Ukraynaya növbəti - artıq üçüncü - işğalının qarşısını almaq ABŞ-ın maraqlarına uyğundur.

"İngiltərə-Fransa planına əsasən, Avropa ölkələrinin rəhbərlik etdiyi 30 mindən az hərbçi Ukrayna şəhərlərinə, limanlarına və nüvə elektrik stansiyaları kimi digər kritik infrastrukturlara, hazırkı cəbhə xəttindən uzaqda yerləşdiriləcək. Müharibədən zərər çəkmiş ölkəyə daha böyük bir qüvvə yerləşdirmək əvəzinə, missiya havadan kəşfiyyat və təhqiqatla məşğul olacaq gəmilər, dronlar və peyklər “baş verənlərin tam mənzərəsini” təqdim etmək üçün” işləyəcəklər", - nəşr mənbəyə istinadən yazır.

Mənbə qeyd edib ki, əməliyyat Ukrayna hava məkanını yenidən açmaq və kommersiya uçuşlarına imkan yaratmaq üçün “bu hücumları izləmək və dəf etmək” məqsədilə kifayət qədər atəş gücü ilə dəstəklənəcək. Plan həmçinin kommersiya gəmiçilik zolaqlarına Rusiyanın təhdidlərini izləmək üçün dəniz patrul gəmilərinin Qara dənizə yerləşdirilməsini nəzərdə tutur.

Qərb rəsmilərinin açıqladığı plan Vladimir Zelenskinin nəzərdə tutduğu sülhməramlı missiyadan xeyli geridə qalır. O qeyd edib ki, sülh sazişi imzalanacağı təqdirdə 200 min sülhməramlıya ehtiyac olacaq. Lakin Almaniya, İspaniya və İtaliyanın sülhməramlı missiyanın yerləşdirilməsinə qarşı çıxması ilə Avropanın Ukraynanın gələcəyini təmin etmək imkanları məhdud görünür.

"Belə dəstəyin məqsədi yerləşdirilən hər hansı bir qüvvəyə Rusiya tərəfindən etiraz edilməməsini təmin etmək olardı", - Qərb rəsmisi bildirib.

Bu dəstəyə Rumıniya və Polşada yerləşdirilən, Rusiyanın istənilən təcavüzünə cavab verməyə hazır olan Amerika qırıcıları daxil ola bilər. NATO həmçinin şərq sərhədlərində daha böyük çoxmillətli quru qüvvələrini yerləşdirə bilər və lazım gələrsə, Ukraynadakı Avropa qoşunlarını qorumaq üçün yerləşdirilə bilər.

Bu strategiya həm də Ukraynaya dəstək olaraq NATO qoşunlarını Rusiya qoşunları ilə birbaşa qarşıdurmaya cəlb etməmək kimi uzunmüddətli siyasətə uyğundur. Trampın bu planı dəstəkləyəcəyinə ümid var, çünki bu, müharibədən sonra Amerika qoşunlarının Ukraynaya yerləşdirilməyəcəyi anlamına gəlir./publika.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Fevral 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri