Icma.az
close
up
RU
Rusiya Stokholmdakı diplomatik nümayəndəliyinə hücumlardan sonra İsveçi fəaliyyətsizlikdə ittiham edib

Rusiya Stokholmdakı diplomatik nümayəndəliyinə hücumlardan sonra İsveçi fəaliyyətsizlikdə ittiham edib

Icma.az bildirir, Azertag portalına istinadən.

Stokholm, 8 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

Stokholmda Rusiya diplomatik nümayəndəliyinin binasına boya ilə növbəti hücumdan sonra Moskva İsveçin ünvanına kəskin tənqidlə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Lidinqödəki ticarət nümayəndəliyi hücuma məruz qalıb. Pilotsuz uçuş aparatından əsas girişin önünə qırmızı boya atılıb.

Səfirlik 17 iyun hadisəsi də daxil olmaqla əvvəlki hücumları xatırladaraq, bu cür insidentlərin bir ildən artıqdır ki, baş verdiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, bu, 2024-cü ilin mayından bəri artıq on beşinci hücumdur. Moskvanın fikrincə, bunlar İsveç hakimiyyətinin susqunluğu və ya hətta üstüörtülü razılığını göstərir. Rusiya Xarici İşlər Nazirliyi İsveçin müvəqqəti işlər vəkilini çağıraraq Vyana Konvensiyasına ciddi əməl olunmasını və təqsirkarların müəyyən edilməsi üçün təcili tədbirlər görülməsini tələb edib və kəskin etirazını bildirib.

Rusiya tərəfi vəziyyətin inkişafına görə İsveç hakimiyyətinin tam məsuliyyət daşıdığı iddiasını irəli sürür və qarşı tərəfi cinayətləri araşdırmaqda bacarıqsız və ya istəksiz olmaqda ittiham edir.

İsveç polisi hücumu təsdiqləyib və vandalizm maddəsi ilə araşdırmaya başlayıb. Polis nümayəndəsi hadisə yerində qırmızı boyanın tapıldığını, lakin şübhəlilərin hələ müəyyən edilmədiyini bildirib.

İsveç Xarici İşlər Nazirliyi öz şərhində vəziyyətə ciddi yanaşdığını vurğulayıb və beynəlxalq müqavilələrə uyğun olaraq diplomatik missiyaları qorumaq öhdəliyini xatırladıb.

Nazirlik məxfiliyi əsas gətirərək, Rusiya tərəfi ilə görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see268

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see261

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see250

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see189

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see142

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see138

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see129

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see126

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see126

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see125

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri