Rusiya Stokholmdakı səfirliyə hücumla bağlı İsveçə etiraz notası göndərəcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Stokholm, 26 may, Nərgiz Cəfərli, AZƏRTAC
Rusiyanın Stokholmdakı səfirliyinin binası yenidən hücuma məruz qalıb.
AZƏRTAC diplomatik nümayəndəliyin məlumatına istinadla xəbər verir ki, dron vasitəsilə səfirliyin girişinə boya dolu banka atılıb.
Rusiya səfirliyinin bəyanatında bildirilir ki, bu, oxşar xarakterli ilk insident deyil, hücumlar artıq bir ildən çoxdur mütəmadi şəkildə baş verir. İsveç polis orqanlarına və Xarici İşlər Nazirliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, belə halların qarşısının alınması üçün tədbirlər görülməyib.
“Bu, Stokholmun beynəlxalq hüququn əsaslarına laqeyd yanaşdığını açıq şəkildə nümayiş etdirir”, – deyə səfirliyin açıqlamasında qeyd olunur.
Moskva İsveçə rəsmi etiraz notası təqdim etməyə hazırlaşır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsveç hakimiyyətini “ekstremistləri cilovlamağa, vəziyyətə nəzarəti ələ almağa və Vyana Konvensiyasına uyğun öhdəlikləri ciddi şəkildə yerinə yetirməyə” çağırıb.
İsveç Təhlükəsizlik Xidməti (“Säpo”) insidentin baş verdiyini təsdiqləyib, lakin əvvəlki hücumlara dair məlumatları şərh etməkdən imtina edib. İsveçin Xarici İşlər Nazirliyi isə hələlik hadisə ilə bağlı rəy bildirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 May 2025 07:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















