Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Futbol bileti olanlar vizanı tez alacaqlar

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Rusiya sülhə yox, müharibəyə iradəlidir: Trampın vasitəçiliyi Ukrayna münaqişəsində tam iflas edib

Rusiya sülhə yox, müharibəyə iradəlidir: Trampın vasitəçiliyi Ukrayna münaqişəsində tam iflas edib

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampla Rusiya rəhbəri Vladimir Putin arasında telefon danışığı 2 saatdan çox davam edib. Vladimir Putin jurnalistlərə açıqlamasında telefon danışığının səmimi və çox faydalı keçdiyini qeyd edib. Kreml rəhbəri qeyd edib ki, Rusiya döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə doğru ən effektiv yolları inkişaf etdirmək lazımdır. Putin əlavə edib ki, müvafiq razılaşmalar əldə olunarsa, Ukraynadakı vəziyyətdə müəyyən müddətə atəşkəs mümkündür. Rusiya prezidentinin sözlərinə görə, Tramp söhbət zamanı Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyini ifadə edib. Putin bildirib ki, Rusiya Ukrayna ilə atəşkəs rejimini ehtiva edən memorandum üzərində işləməyə hazırdır. O vurğulayıb ki, Rusiya və Ukrayna bütün tərəflərə uyğun kompromislər tapmalıdır. Ukrayna ilə danışıqların bərpasına münasibət bildirən Putin qeyd edib: “Biz bütövlükdə düzgün yoldayıq”. Qeyd edək ki, Putin ilk dəfədir kompromislərə hazır olmaqdan danışır. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da qeyd edib ki, Putin öncə Trampı 11-ci nəvəsinin doğulması münasibətilə təbrik edib: "Liderlər Rusiya və ABŞ arasında münasibətlərin vəziyyətini müzakirə edib və onların daha da normallaşmasının tərəfdarı olduqlarını bildiriblər. Prezidentlər məhbus mübadiləsini müzakirə ediblər. Məhbusların 9-un 9-a formatında mübadiləsi planlaşdırılır. Putin və Tramp Ukrayna da daxil olmaqla, bütün məsələlər üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər. Liderlər şəxsi görüşün keçiriləcəyini istisna etmirlər, yer və tarix hələ müəyyənləşməyib". Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığının detallarını açıqlayıb. Zelenski Trampı Rusiyanın müharibəni davam etdirəcəyi təqdirdə yeni sanksiyaların tətbiqini nəzərdən keçirməyə və onları tətbiq etməyə çağırıb: "Mən ondan Putinlə söhbətindən əvvəl xahiş etdim ki, bizsiz Ukrayna ilə bağlı qərarlar qəbul etməsin. Bizim üçün bunlar fundamental və çox vacib şeylərdir". Ukrayna lideri belə qənaətə gəlib ki, Tramp üçün ən vacibi Kiyev və Moskva arasında birbaşa danışıqlara nail olmaqdır: "Mən Prezident Trampdan xahiş etdim ki, Rusiyanın baxışı Ukrayna tərəfindən dəstəklənmirsə, o zaman bu barədə danışmaq imkanımız olsun. ABŞ-nin isə bunu Rusiya tərəfinin müharibəni bitirmək istəməməsi kimi qiymətləndirmək imkanı olsun". 

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə telefon danışığından sonra sosial şəbəkə hesabında yazıb ki, Rusiya və Ukrayna ən qısa vaxtda atəşkəs və münaqişənin yekunlaşdırılması ilə bağlı danışıqlara başlayacaq. Tramp Putinlə telefon danışığının yaxşı keçdiyini qeyd edib. BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib ki, ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin telefon danışığı alqışlanmalıdır: “BMT-nin prinsipləri ölkənin ərazi bütövlüyü və müvafiq təhlükəsizlik məsələləri çərçivəsində münaqişənin sona çatmasına yönəlib. Biz bu istiqamətdə atılacaq hər bir gedişata dəstək verəcəyik”. Məlumat üçün deyək ki, Tramp Putindən əvvəl Zelenski ilə danışıb. Telefon danışığının detalları barədə məlumat verilməyib. 


Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyinin effektiv olmadığı artıq birmənalı şəkildə aydınlaşmağa başlayıb. Ekspertin sözlərinə görə, hətta Trampın vasitəçiliyinin iflasa uğradığını da iddia eləmək mümkündür: 

"Çünki indiyə qədər Ağ Ev sahibi verdiyi bütün vədləri boşa çıxarıb, heç bir vədini yerinə yetirməyə nail olmayıb. Nəticədə indiki situasiya yaranıb. Rusiya savaşı dayandırmaq istəmir. Əksinə, Prezident Trampın strateji səhvləri ucbatından indi Rusiya təşəbbüsü ələ almaq imkanları qazanıb və Ukrayna savaşının dayandırılması prosesində öz şərtlərini diktə etməyə çalışır. Bu baxımdan yaxın gələcəkdə bu savaşın dayanma ehtimalı demək olar ki, yoxdur. Çünki Rusiya öz şərtlərində israr edir, sülhə doğru ən effektiv yolların tapılmasını təklif edir. Bu yollar da Kremlin qənaətinə görə, yalnız Rusiyanın maraqlarına uyğun sülh şərtlərinin qəbul olunmasından keçir. Ümumiyyətlə, Kremlin əsas hədəflərindən biri ondan ibarətdir ki, Ukraynaya "sülh sazişi" adı altında kapitulyasiya aktı imzalatsın. Rus dilinin Ukraynada dövlət dili səviyyəsinə qaldırılmasına yönəlik tələblər irəli sürülür. Halbuki, bu, absurddur. Ukraynanın dövlət dili var və milliyətindən asılı olmayaraq, hər kəs bu dildə danışmağa və fəaliyyət göstərməyə borcludur. Eyni zamanda Moskva Ukraynada hakimiyyətin dəyişdirilməsini də tələb edir, Zelenski hakimiyyətinin legitimliyini şübhə altına alır. Bu da Rusiyanın Ukraynanın daxili işlərinə qarışması deməkdir. Yəni Ukraynada Rusiyanın nəzarət edəcəyi hakimiyyətin formalaşmasına cəhd göstərilir. Bütün bunları ümumiləşdirdikdə belə qənaətə gəlmək olar ki, Rusiya hazırda sülh anlaşmasının əldə olunmasında maraqlı deyil. Savaşın uzadılmasına yönəlik addımlar atır. Bu da onu göstərir ki, Trampın vasitəçiliyi artıq iflasa uğrayıb". 


E.Xalidbəyli vurğulayıb ki, savaşın hələ uzun müddət davam etmə ehtimalı var:

 "Kremlin belə aqressiv davranışları davam etdikcə həm Amerika Birləşmiş Ştatları, həm də Avropa Birliyi Rusiyaya qarşı əlavə sərt sanksiyalar tətbiq edə bilər. Eyni zamanda Ukraynaya hərbi dəstəyi də bərpa edə bilər. Bu halda Ukraynanın savaş potensialı artmış olacaq. Rusiya daha uzun müddət savaş bataqlığında çabalamalı olacaq. Eyni zamanda sanksiyalar Rusiyanın iqtisadiyyatını sarsıtmaqda davam edəcək. Bütün bunlar onu göstərir ki, əgər Kreml yaxın vaxtlarda daha realist və ən əsası isə imperiya eqosundan uzaqlaşmasa, Rusiya üçün daha ağır situasiya yaranacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 May 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see410

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see266

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see266

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see167

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see162

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see152

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see152

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see141

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see141

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see131

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see130

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see124

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri