Icma.az
close
up
RU
Rusiya sülhməramlılarının qanunsuzluqları barədə yeni faktlar üzə çıxıb VİDEO

Rusiya sülhməramlılarının qanunsuzluqları barədə yeni faktlar üzə çıxıb VİDEO

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

2020-ci ilin noyabrında Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən və 2024-cü ilin may ayında missiyası başa çatan Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı yeni faktlar üzə çıxıb.

Teleqraf.com AzTV-yə istinadən xəbər verir ki, bəzi sülhməramlılar xidmətləri dövründə əmrə tabe olmurmuş.

“Paralellik aparıb bizi günahlandırmaqdansa Rusiya tərəfi sussa daha yaxşı olar. Çünki bir daha deyirik, şimal qonşumuzun bu 4-5 ildə zibilləri o qədərdir ki, artıq iy verir... Və maraqlısı budur ki, iylədən də biz deyilik ha, Rusiyanın özüdür.

Rus mediası Azərbaycanı 2023-cü ilin antiterror əməliyyatları zamanı öldürülən sülhməramlılara görə qınayır. Cavab verək, əvvəla, rusların döyüşlər getdiyi zaman Qarabağda nə işi vardı? İkincisi, Azərbaycan ordusu 19-20 sentyabr tarixlərində Qarabağda mənzillənmiş Ermənistan silahlı birləşmələri və kriminal rejimin separatçı bandalarına qarşı lokal əməliyyata start verərkən, rusiyalı sülhməramlıları öncədən xəbərdar etmişdi ki, çıxın. Lakin bəzi “əmr dinləməyən” rus hərbçiləri çıxmadı və həyatlarından məhrum oldu.

Odur ki, bunun günahı Azərbaycan dövlətinin məsuliyyətinə yazılmamalıdır. Hərçənd, bu hadisə ilə də bağlı Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı vermişdi. Yəni, rəsmi Bakı yaxın tarixə aid hər bir insidentin qarşılıqlı anlaşma, obyektiv baxış çərçivəsində araşdırılmasının tərəfdarıdır. Daha tarixdən müxtəlif hadisələr gətirib məsuliyyətdən boyun qaçırmaq lazım deyil və heç kimə başucalığı gətirmir”, - AzTV-nin rəhbəri, siyasi icmalçı Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının yanvarın 26-da efirə gedən buraxılışında bildirilib.

Qeyd olunub ki, Rusiya sülhməramlılarının qanunsuzluqları bununla bitmir: “Müharibənin gedişində, hətta müharibədən sonra bu silahlar Qarabağa necə, hansı yollarla daşınırdı, hörmətli Kreml rəsmiləri? Quşlar gətirmirdi ki... Laçın yolu bağlansa da Rusiya tərəfi özü də hərbi avtomobillərlə, rus sülhməramlılarının müşayiəti altında Qarabağa silah daşıyırdılar. Ermənistanın da qarşı tərəfə ödənişi ya pul şəklində olurdu, ya da...”.
“Əgər paralellik aparmaq istəyirsinizsə, çox yaxşı, gəlin aparaq. Rejissorumuzdan xahiş edirəm, həmin kadrları bir daha versin. Beləliklə, 2020-ci il, noyabrın 9-da Rusiyaya məxsus helikopter Naxçıvan sərhədinə vurulur. Onu da əlavə edək ki, həmin helikopter erməni hərbçilərini müşayiət edirdi və gecə saatlarında, özü də alçaq hündürlükdə uçurdu. Müharibənin faktiki ən gərgin və ən çətin zamanında belə bir insidentin yaşanmasına Azərbaycan tərəfi onlarla əsas gətirərdi. Lakin rəsmi Bakı bunu etmədi. Əvəzində həmin hadisəyə görə Rusiyadan üzr istənildi, helikopterin məbləği ödənildi, ölən hərbçilərə görə ailələrinə kompensasiya verildi. Bir sözlə, belə vəziyyətlərdə bir dövlətin üzərində hansı öhdəlik düşürdüsə onu da yerinə yetirdi – ləyaqətlə... İndi belə bir ləyaqətli addım atmaq növbəsi Rusiyanındır. Vəssəlam... Məsələni bu qədər qəlizləşdirmək, yaxud yaxın tarixi vərəqləməyə nə ehtiyac var? Və bir də, inanın, yaxın tarixi vəqərləsək o qədər zibillər çıxacaq ki, onları təmizləyib qurtara bilməyəcəksiniz. Elə birini deyək, 2-ci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə Laçın dəhlizi ilə qanunsuz şəkildə xarici missiyaları Qarabağda gəzdirən, özü də rus sülhməramlılarının gözü önündə, kim idi?”, - AzTV sədri bildirib.

Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı süjeti təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri