Rusiya Suriya ilə hərbi bazalarının taleyi ilə bağlı razılığa gələ bilməyib
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi məlumat yayıb.
Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şaybani bildirib ki, Suriya Rusiya ilə ikitərəfli əməkdaşlığı tənzimləyən mövcud müqavilələrə, o cümlədən hərbi mövcudluğa yenidən baxılması üçün danışıqlar aparır. Lakin yeni razılaşmalar əldə olunmayıb.
Suriya prezidenti Əl-Şaraanın Moskvaya səfəri zamanı Suriya və Rusiya tərəfləri keçmiş prezident Bəşər Əsədin taleyi və ölkəni tərk etmiş Suriya hərbçilərinin geri qayıtması, eləcə də gələcək əlaqələr və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bununla belə, Suriyadakı Rusiya hərbi bazaları məsələsi də daxil olmaqla, konsensus əldə olunmayıb.
2017-ci ildə Rusiya ilə Əsəd rejimi arasında 49 il müddətinə Suriyada Rusiya bazalarının yerləşdirilməsi haqqında saziş imzalanıb. Bununla belə, nazirin sözlərinə görə, əvvəlki rejimin imzaladığı sazişlər artıq Suriya xalqının maraqlarına cavab vermədiyi üçün dayandırılıb və heç bir yeni razılaşma əldə olunmayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 20 Oktyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















