Icma.az
close
up
RU
Rusiya tarixi silahı ilə özünü vurdu: Dünya üçün təhlükəli xəbərdarlıq İmtina edildi

Rusiya tarixi silahı ilə özünü vurdu: Dünya üçün təhlükəli xəbərdarlıq İmtina edildi

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Pentaqon Amerikanın müdafiə sənayesində aparıcı şirkətlərindən biri olan “Raytheon Technologies” ilə AMRAAM tipli orta mənzilli “Hava-hava” raketlərinin istehsalı üçün 3,5 milyard dollara qədər dəyərində müqavilə imzalayıb.

Maraqlıdır ki, bu razılaşma ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə 10 günlük möhlət verdiyi barədə yayılan xəbərlərin fonunda baş tutur. Analitiklərin fikrincə, Tramp Moskvaya təzyiq üçün Ukraynaya yeni hərbi yardımlar göndərir.

Belə bir vaxtda Ukraynanın silahlandırılması nə ilə izah olunur? ABŞ artıq Rusiyanı diplomatik dillə yola gətirə bilməyəcəyini anlayıb, yoxsa bu, güc nümayişidir?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Donald Tramp artıq Vladimir Putinlə razılığa gəlməyin mümkün olmadığını anlayır:

“Tramp, nə qədər cəhd göstərsə də, bir neçə ay ərzində Putinlə ortaq dil tapa bilmədi. Seçki qabağı verdiyi vədlərə baxmayaraq, Ukrayna müharibəsinin dayandırılması istiqamətində nəticə əldə olunmadı.

Rusiya, şərtlərinin qəbul edilməyəcəyi təqdirdə müharibəni davam etdirəcəyinə dair açıq mesajlar verir. Halbuki Moskvanın ortaya qoyduğu şərtlər suveren bir dövlət olan Ukraynanın ərazi bütövlüyünün pozulması, işğala məruz qalması və beynəlxalq hüquq normalarına ziddir. Bu cür tələblərin yerinə yetirilməsi, təkcə Ukraynanın parçalanması deyil, həm də Avropa qitəsinin gələcəyi üçün ciddi təhlükə deməkdir.

Rusiya imperiya iddialarını genişləndirməyə davam edir, bu səbəbdən gələcəkdə digər ölkələrə qarşı oxşar işğalçı addımların atılmayacağına heç bir təminat yoxdur. ABŞ-ın siyasi dairələri də artıq bu reallıqları qəbul etməyə başlayıblar. Keçmiş prezident Co Bayden administrasiyası dövründə Rusiyaya qarşı daha sərt mövqe sərgiləndiyi halda, Trump hökuməti ilk başlarda daha çox ümid və güzəşt axtarışında idi. Lakin indi görünür ki, bu yanaşmanın effektiv olmadığına dair yekdil fikir formalaşır”.


Elçin Abdullayev

Həmçinin oxuyun:

Trampın sözləri aranı qatdı – Arvadı məxfi məlumatları Putinə ötürür?

Politoloqun sözlərinə görə, Ağ Evin bir neçə gün öncə verdiyi açıqlamalarda Rusiya ilə yenidən təmasların qurulduğu qeyd olunur:

“Lakin Moskvanın nə sülh, nə də atəşkəs niyyətinin olmadığı aşkardır. İndi yeganə çıxış yolu Moskvaya qarşı daha sərt tədbirlərin görülməsidir. Əvvəlcə 50 günlük vaxt verilmişdi, lakin bu müddətin Rusiyaya əlavə zaman qazandırmaqdan başqa bir nəticə vermədiyi görüldü. Ona görə də müddət 10-12 günə qədər azaldıldı. Trampın son açıqlamasına əsasən, Rusiyaya verilmiş vaxt 8 avqustda sona çatır. Əgər bu tarixə qədər hər hansı bir sülh və ya atəşkəs razılaşması əldə olunmazsa, ABŞ daha ciddi addımlar atmağa hazırlaşacaq.

Rusiya tərəfdən isə əksinə, təhdidkar bəyanatlar səsləndirilir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son açıqlamalarında ABŞ-a zərbə endirilə biləcəyi ilə bağlı planlardan bəhs edilir. Bu isə Ağ Evdə narahatlıqla qarşılanır”.

E.Abdullayev bildirib ki, Yaxın günlərdə ABŞ, Rusiyaya və onunla iqtisadi əlaqələr quran digər dövlətlərə qarşı sanksiyalar tətbiq edə bilər:

“Artıq bəzi Hindistan şirkətləri Rusiya neftindən imtina ediblər. Genişlənən sanksiyalar fonunda bu ölkənin iqtisadi vəziyyətinin daha da pisləşəcəyi gözlənilir.

Digər mühüm məsələ isə ABŞ-ın Ukraynaya ən müasir hücum silahları göndərmək qərarıdır. Sözügedən silahların Avropa ölkələrinin maliyyə dəstəyi ilə təmin olunması planlaşdırılır. Bu addım Ukrayna ordusunun döyüş qabiliyyətini artıraraq Rusiyaya sarsıdıcı zərbələr endirmək imkanlarını genişləndirə bilər.

Nəticə etibarilə, yaxın aylarda müharibənin daha da gərginləşməsi ehtimalı böyükdür. Rusiya, öz neoimperialist iddialarının girovuna çevrilərək, təkcə Ukrayna ilə deyil, bütün dünya ilə qarşıdurma yolunu seçmiş kimi görünür. Amma bu yolun sonu həm hərbi, həm də iqtisadi baxımdan onun üçün ciddi tükənməyə gətirib çıxara bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Avqust 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri