Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindən daha 15 uşaq geri qaytarılıb
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya işğalçıları tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindən daha 15 uşaq geri qaytarılıb. İşğalçı onlardan bir neçəsini öz ordusuna aparacaqdı.
Bu barədə “RBC-Ukrayna” “Ukraynanı xilas et” xeyriyyə təşkilatının təsisçisi, Ukrayna prezidentinin uşaq hüquqları üzrə keçmiş komissarı Mikola Kulebanın Teleqram kanalına istinadən məlumat yayıb.
Qeyd olunur ki, xeyriyyəçilər bu ukraynalı uşaqların Donetsk, Zaporojye və Xerson vilayətlərində rus qoşunlarının işğal etdiyi əraziləri tərk etmələrinə kömək ediblər.
"İndi bütün uşaqlar və onların ailələri təhlükəsizdir, hər kəs mərkəzlərimizdə lazımi yardım alır",- deyə Kuleba bildiirb
Onun sözlərinə görə, bu uşaqları Ukraynanın rus işğalçılarının nəzarətində olan ərazilərindən “Bring Kids Back UA ilə yaxşı əlaqələndirilmiş əməkdaşlıq sayəsində” çıxarmaq mümkün olub və ümumilikdə onlar artıq 538 uşağı işğaldan geri qaytara biliblər.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Noyabr 2024 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















