Rusiya turistlərini ən çox təəccübləndirən ölkələr KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan, Gürcüstan və Belarus rusiyalı turistlərin gözləntilərini ən çox doğruldan ölkələr sırasında yer alıb.
KONKRET.az xəbər verir ki, keçirilən sosial sorğuda Rusiyanın iri şəhərlərində yaşayan 1,2 mindən çox yetkin şəxs iştirak edib. Respondentlərin 33 faizi Ermənistan, Gürcüstan və Belarus səfərlərinin gözləntilərindən daha yaxşı olduğunu bildirib.
İkinci pillədə Rusiya daxilində səyahətlər qərarlaşıb. Sorğuda iştirak edənlərin 24 faizi ölkə daxilindəki səfərlərin gözləntilərini üstələdiyini qeyd edib.
İlk üçlüyü isə Asiya ölkələri – Çin, Yaponiya, Tailand və Cənubi Koreya tamamlayıb. Respondentlərin 18 faizi bu istiqamətlər üzrə səfərlərin gözləntilərindən daha yaxşı olduğunu bildirib.
Rusiyalı turistləri ən çox məyus edən istiqamət isə Avropa İttifaqı ölkələri olub. Sorğuda iştirak edənlərin 61 faizi Aİ ölkələrinin gözləntilərini doğrultmadığını deyib.
Qeyd edək ki, Ermənistan İqtisadiyyat Nazirliyinin Turizm Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə turist axını təxminən 6 faiz artıb. Xarici turistlərin təxminən 40 faizini Rusiya vətəndaşları təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 39 faiz olub.
Mütləq ifadədə Rusiyadan Ermənistana gələn turistlərin sayı 38 mindən çox artaraq 491,4 min nəfərə çatıb.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 Avqust 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















